Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər İcra Hakimiyyətinin 2015-ci ildə şəhərin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi.

08 fevral 2016 | 16:00

Sumqayıt Şəhər İcra Hakimiyyətində 2015-ci ildə şəhərin sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 yanvar 2016-cı il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev də iştirak etmişdir.
Tədbirdən öncə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Millət vəkilləri, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri və digər rəsmi qonaqlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoymuş, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
Hesabat yığıncağını giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov son bir ildə cənab prezidentin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən işlərdə əldə olunan uğurlardan danışdı. Daha  sonra Zakir Fərəcov 2015-ci ildə Sumqayıt şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifəlrə dair geniş hesabat məruzəsini yığıncaq iştirakçılarının diqqətinə çatdırdı. Bundan sonra çıxış edən ”Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Sumqayıt şəhər prokuroru Sərdar İmanov, Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov, Sumqayıt şəhər  səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyev, “Xəzər” Səhmdar Cəmiyyətinin sədri  Qüdrət Kərimov, “İntertekstil” ASC-nin sədri Şakir Musayev və“Alyans-Tekstil” tikiş fabrikinin direktoru Adil Cabbarov əldə olunan uğurlar və bəzi problemlərdən danışdılar. Daha sonra söz Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevə verildi. Zeynal Nağdəliyev ölkə başçısı cənab İlham Əliyevin Sumqayıta və sumqayıtlılara hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını xüsusi olaraq qeyd edərək, ölkədə həyata keçirilən düşünülmüş siyasət nəticəsində əldə olunan uğurlardan danışdı və bunun ən böyük nümunəsinin Sumqayıt şəhərində son beş ayda həyata keçirilən işlərin nəticəsində hər birimizin daha açıq gördüyünü vurğruladı. 
Sonda Şəhər İcra Başçısı Zakir Fərəcov Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevə iclasda iştirakına görə təşəkkürünü bildirərək, cənab Prezidentin Nazirlər Kabinetinin  2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında etdiyi proqram xarakterli çıxışında səsləndiriyi fikirlərin bundan sonra Sumqayıtda həyata keçiriləcək bütün işlərdə əsas götürüləcəyini vurğulayaraq, həmişə olduğu kimi, bundan sonra da sumqayıtlıların hər zaman cənab prezidentin ətrafında sıx birləşərək, həyata keçirəcəyi bütün işlərdə onun ən yaxın köməkçisi olacağını xüsusi olaraq qeyd etdi.

Keçidlər