Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Gənclər gününə həsr olunmuş bayram tədbiri keçirilib.

02 fevral 2016 | 16:00

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə  Sumqayıtda sumqayıtlı gənclərin iştirakı ilə Gənclər Gününə  həsr edilmiş bayram tədbiri keçirilib. Tədbirdə şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan, ali, orta ixtisas məkətəblərində təhsil alan fəal gənclər iştirak edib. Tədbirin keçirilməsində məqsəd əsası 1996-cı ilin məhz bu günündə ilk dəfə olaraq ümummulli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan Respublikasında Azərbaycan gənclərinin I forumunun keçirilməsi ilə forumun ölkədə gənclər hərəkatının vüsət almasına təkan verməsi və məhz həmin günün əhəmiyyətini nəzərə alaraq, 2 fevral tarixi gənclər günü kimi elan edilərək Azərbaycan tarixinə yazılması idi.Tədbirdə iştirak edən şəhər İcra hakimiyyətinin başçısı cənab Zakir Fərəcov respublikamızda uğurla həyata keçirilən gənclər siyasəti haqqında məlumat verərək, sumqayıtlı gənclərin əldə etdiyi nailiyyətləri qeyd etdi, onlara qarşısında duran vəzifələrdən danışdı.  Daha sonra 2015-ci ildə elm, təhsil, mədəniyyət və incəsənət sahələrində nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş istedadlı və yaradıcı gənclərin stimullaşdırılması məqsədilə fərqlənən gənclər və gənclər təşkilatları 29 müxtəlif nominasiya üzrə təltif edildilər.  Tədbir konsert proqramı ilə davam etdi.

Keçidlər