Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov Sumqayıt Dövlət Universitetinin müəllim-tələbə heyəti ilə görüşüb.

18 yanvar 2016 | 16:00

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Dövlət Universitetində olub. İcra başçısı universitetin müəllim-tələbə heyəti ilə görüşüb. Görüşdə mühüm məqamlara toxunulub, son zamanlar təhsil sahəsində görülən işlər, aparılan islahatlarla yanaşı, Sumqayıt şəhərində müşahidə edilən müsbət dəyişikliklər barədə danışılıb.
       Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elxan Hüseynov  ölkə ərazisində olduğu kimi, Sumqayıtda da aparılan abadlıq-quruculuq və bərpa işlərindən söhbət açmış, Sumqayıt şəhərinin öz simasına qovuşmasının təqdirə layiq hal olduğunu qeyd etmişdir.
         Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış etmişdir. O çıxışında Sumqayıt təhsilinin həmişə aparıcı mövqeyə malik olmasını vurğulamış, eyni zamanda SDU-nun tarixi barədə bir sıra maraqlı məqamlara toxunmuşdur. Zakir Fərəcov həmçinin SDU-nun şəhərin yeganə ali təhsil müəssisəsi olmaqla keyfiyyəti tədrisi və təcrübəli müəllim heyəti ilə fərqlənməsini qeyd edərək, ölkənin fəal gəncləri kimi SDU-nun tələbə gənclərinin də bu gün ölkə başçısı cənab İlham Əliyev ətrafında sıx birləşməsini vurğulanmışdır.
         Sonda icra başçısı universitetin müəllim və tələbə heyətinin suallarını cavablandırmışdır.

Keçidlər