Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov Corat qəsəbəsində yerləşən “Cümə” məscidində aparılan təmir-bərpa işləri ilə tanış olub

11 sentyabr 2020 | 16:00

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər Corat qəsəbəsində yerləşən “Cümə” məscidində olub, məscid ətrafında aparılan təmir-bərpa işləri ilə yaxından tanış olub.
Görülən işlərlə bağlı şəhər rəhbərinə məlumat verilib.
Məlumat verilib ki, bir müddət öncə məsciddə dini ayinlərin icra olunması, insanların rahat ibadət etmələri üçün hər cür şərait yaradılıb. Burada eyni anda 500 müsəlman ibadət edə bilər. Əsaslı təmirdən sonra istifadəyə verilən məsciddə dini mərasimlərin keçirilməsi üçün bütün tələblər nəzərə alınıb. Burada kişi və qadınlar üçün ayrıca dəstənamazxanalar yaradılıb. Məsciddə müasir işıqlandırma, kamera, isitmə və soyutma sistemləri, monitorlar quraqşdırılıb.

 

Keçidlər