Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü keçirib

23 avqust 2019 | 16:00

Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri və şəhər sakinləri iştirak ediblər.
Qəbulda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri salamlayaraq bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində son illərdə şəhərdə əsaslı və kompleks yenidənqurma işləri görülüb.

Vurğulanıb ki, Sumqayıtda şəhərin simasının günün tələbləri səviyyəsində qurulmasını təmin etmək məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi üçün şəhər icra hakimiyyətində xüsusi proqram hazırlanıb və bu proqram uğurla icra olunur.  Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq şəhərdə irihəcmli infrastruktur layihələr bundan sonra da davam etdiriləcək.

Şəhər rəhbəri qeyd edib ki, bir neçə il öncə şəhər sakinlərini narahat edən problemlərin böyük əksəriyyəti öz həllini tapıb. Mövcud problemlərin həlli istiqamətində əməli addımlar atılır.
Bildirilib ki, Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.
Qəbulda sakinlərin məhəllə daxili yolların təmir olunması, dam örtüklərinin vurulması, nümunəvi məhəllələrin salınması və digər məsələlərlə əlaqədar problemləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
Görüşdə iştirak edən şəhər sakinləri Sumqayıt şəhərində son dövrlər görülən işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığıan görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər