Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yeni inşa olunan Muğam Mərkəzində görülən işlərlə yaxından tanış olub

30 iyul 2019 | 16:00

Sumqayıt şəhər dənizkənarı bulvar ərazisində inşa olunan Muğam Mərkəzində tikinti işləri yekunlaşmaq üzrədir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov mütəmadi olaraq görülən işlərlə yaxından tanış olub, tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, Sumqayıt bulvarında inşasına başlanılan Muğam Mərkəzi zirzəmi və iki mərtəbədən ibarətdir. Muğam Mərkəzinin konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait yaradılacaq.
İkimərtəbəli binadan ibarət olacaq Muğam Mərkəzində qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar fəaliyyət göstərəcək.
Mərkəzdə muğamın sirlərinə yiyələnmək üçün 14 sinif otağı nəzərdə tutulub.

Keçidlər