Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov Almaniyanın Ludviqshafen şəhərinə səfər edib

28 iyun 2019 | 16:00

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Almaniyanın Lüdviqshafen şəhərində keçirilən “şəhər günü” tədbirlərinə qatılıb.
Lüdviqshafen  şəhərində hər il 27-30 iyun tarixlərində şəhər günü tədbirləri təşkil olunur. Tədbirə Lüdviqshafen  şəhəri ilə qardaşlaşmış şəhərlərin nümayəndələri də dəvət olunub.
“Şəhər günü” tədbirləri çərçivəsində 27-ci şəhər festivalı – açıq hava konserti təşkil edilib. Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın Lüdviqshafenlə 1977-ci ildə yaranan dostluq münasibətlərinin bu gün də uğurla davam etdiyini vurğulayıb.  Qeyd olunub ki, iki şəhər arasında  dostluğun 30, tərəfdaşlıq əlaqələrinin yaradılmasının isə 40 iliyi  münasibəti ilə 2017-ci ildə Sumqayıt şəhərində bayram tədbirləri təşkil olunub. Tədbirdə Lüdviqshafen şəhəri böyük nümayəndə heyəti ilə təmsil olunub.
Bildirilib ki, bu illər ərzində 60-a yaxın qarşılıqlı səfərlər olub. Bu səfərlərdə iki minə yaxın insan iştirak edib, 23 layihə həyata keçirilib.
Zakir Fərəcov Lüdviqshafen şəhərinin yeni bələdiyyə rəhbəri Yutta Ştaynruka fəaliyyətində uğurlar arzulayıb, nümayəndə heyəti adlndan xatirə hədiyyəsi təqdim edib.

Daha sonra isə Z.Fərəcov şəhər günü münasibəti ilə təşkil olunmuş yarışlarda qaliblərin mükafatlandırılması mərasimində iştirak etmiş və, qaliblərə mükafat təqdim etmişdir.

Keçidlər