Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda növbəti ağacəkmə aksiyası keçirilib

27 aprel 2019 | 16:00

“Bu yaz özün bir təbiət yarat!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində jurnalistlər bu dəfə Sumqayıt şəhərinin Nəsimi parkında ağac əkib.
Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə keşirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edib.
Aksiyada  100-dən artıq media numayəndəsinin iştirakı ilə 300 müxtəlif cinsli ağac tingi əkilib,  son illər yaşıllıqlar şəhərinə çevrilən Sumqayıtın  təbiətinə daha bir töhfə verilib.
Qeyd edək ki, əkilən ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC  və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.
ETSN yazağacəkmə aksiyalarında istirak edən bütün təşkilatlara, ictimaiyyət və media nümayəndələrinə öz təşəkkürünü bildirir və növbəti ağacəkmə kampaniyalarının daha da kütləviləşəcəyinə ümid edir.

Keçidlər