Home Contact Phone
background
  • Ünvan: AZ 5000, Azərbaycan Respublikası, Sumqayıt ş., Azərbaycan prospekti, 9
  • Faks: (+994 18) 6420000
  • E-mail: mail@sumqayit-ih.gov.az

Xəbərlər

  • Sumqayıtda Novruz bayramı

    Sumqayıtda Novruz bayramı

    2018-03-19

    Bolluğun, bərəktin və xeyirxahlığın təcəssümü olan Novruz Bayramı Sumqayıtda böyük təntənə ilə qeyd edilib. Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbləri, şəhər içtimaiyyəti iştirak edib.

  • Sumqayıt Şəhər Icra Hakimiyyətində 8 Mart Be...

    Sumqayıt Şəhər Icra Hakimiyyətində 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə tədbir keçirilib.

    2018-03-07

    Şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcov xanım əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İcra başçısı bildirib ki, Azərbaycan qadınları tarixin bütün mərhələlərində kişilərlə birlikdə ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında fədakar xidmətlər göstərmişlər. Müasir dövrümüzdə də Respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də qadınlar şəhərin ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək öz töhfələrini verirlər.

  • Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 1...

    Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 1988-ci il Sumqayıt hadisələrinə həsr olunmuş dəyirmi masa keçirilib.

    2018-02-28

    Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 1988-ci il fevralın 28-də Sumqayıtda baş verən hadisələrlə bağlı dəyirmi masa keçirilib.  Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov bildirib ki, Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi. Bu təxribata əl atmaqla sübut etməyə çalışdılar ki, ermənilərlə azərbaycanlıların birgə yaşaması mümkün deyil. Tarixin müxtəlif dövrlərində Ermənistanın terrorçu təşkilatları Azərbaycan əhalisinə qarşı daim təxribat törədib, dinc əhaliyə qarşı zorakılıq tətbiq edib. Bu təxribatların növbəti məkanı Sumqayıt oldu.

  • Sumqayıtda Xocalı faciəsinin 26-cı ildönümü...

    Sumqayıtda Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə anım tədbiri keçirilib.

    2018-02-26

    Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib. Əvvəlcə Xocalı hadisələrindən bəhs edən Sumqayıt Dövlət Dram Teatrının kollektivinin hazırladığı ədəbi bədii kompozisiya nümayiş olunub. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  • Sumqayıt şəhər İcra Hakimiyyətinin başçıs...

    Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Azərbaycanda ilk dəfə olaraq Sumqayıtda yaradılmış lift xidmətinin İntellektual İdarəetmə Mərkəzi ilə tanış olub.

    2018-02-23

    Son illər ərzində Prezident İlham Əliyevin Sumqayıta və sumqayıtlılara göstərdiyi diqqət və qayğısı, eləcə də ayırdığı vəsaitlər sayəsində şəhərdə istismarı başa çatmış 310 ədəd lift yeni elektron tipli liftlərlə əvəz olunub və hazırda bu istiqamətdə işlər davam etdirilir. Şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinin fonunda sakinlərə göstərilən lift xidmətinin keyfiyyətinin daha da yüksəldilməsinə ehtiyac duyulurdu.

  • Sumqayıt şəhərində “Heydər Əliyev Azərba...

    Sumqayıt şəhərində “Heydər Əliyev Azərbaycan gənclər siyasətinin banisidir” mövzusunda konfrans keçirilib.

    2018-02-19

    “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında nəzərdə tutlmuş tədbirlər planının icrasına uyğun olaraq Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Şəhər İcra Hakimiyyətinin və Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycan gəncliyinin banisidir” mövzusunda konfrans keçirilib.

  • Sumqayıtda 2017-ci ilin sosial-iqtisadi inkişaf...

    Sumqayıtda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

    2018-02-05

    Fevralın 5-də Sumqayıtda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov , Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, millət vəkilləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

  • Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsi ya...

    Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi.

    2018-01-20

    Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi həkk olunan 20 Yanvar faciəsinin 28-ci ildönümü Sumqayıt şəhərində də böyük izdihamla qeyd olunub. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, minlərlə sumqayıtlı Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılan abidəni və Vətənimizin qəhrəman övladlarının məzarlarını ziyarət ediblər.Sumqayıt Cümə Məscidinin axundu şəhidlərin ruhuna dua oxuyub.

  • YAP Sumqayıt şəhər təşkilatının Şura icla...

    YAP Sumqayıt şəhər təşkilatının Şura iclası keçirilib.

    2018-01-17

    Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının yeni istifadəyə verilmiş inzibati binasında partiyanın Şura iclası keçirilib. İclasda 2017-ci ildə görülən işlərə yekun vurulub, qarşıya qoyulmuş vəzifələrin icrası müzakirə olunub.

  • Sumqayıt şəhərində “31 Dekabr Dünya Azərb...

    Sumqayıt şəhərində “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il bayramı” ilə əlaqədar ümumşəhər bayram tədbiri keçirilib.

    2017-12-30

    Dekabrın 29-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə şəhər rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri, veteranlar, ictimayət nümayəndələri iştirak ediblər.

  • Zakir Fərəcov: "İlham Əliyevin qayğısı...

    Zakir Fərəcov: "İlham Əliyevin qayğısı Sumqayıtın yeni inkişaf mərhələsinin əsas zəminidir"

    2017-12-25

    Son 14 ildə böyük inkişaf yolu qət edən Azərbaycan Respublikası həm də beynəlxalq miqyasda güclü nüfuza və yüksək imicə malik bir ölkə kimi özünü tam təsdiq edib. Əldə edilmiş uğurlarımız göstərir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin davamı isə bütün Azərbaycan xalqının istəyidir. Bu mənada 2003-cü, 2008-ci və 2013-cü illərin prezident seçkilərinin nəticələri göstərdi ki, Heydər Əliyevin siyasi kursunun alternativi yoxdur. Azərbaycan vətəndaşlarının seçimi məhz ümummilli liderin ideyalarının davam etdirilməsi üzərində köklənib.

  • Azərbaycan Respublikası Fövqəladə Hallar Nazi...

    Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaranmasının 12-ci ildönümü münasibətilə FHN Sumqayıt Regional Mərkəzinin əməkdaşları şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırıldı.

    2017-12-16

    Tədbir ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələrinin qoyulması ilə başlayıb. Sonra tədbir Mərkəzin akt zalında davam etdirilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Əməkdaşlar 1 dəqiqəlik sükutla ulu öndərin xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.

  • Prezident İlham Əliyev Sumqayıt şəhərinə s...

    Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib.

    2017-12-15

    Dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında və şəhərdə görülən işlər barədə ətraflı məlumat verdi.

  • İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında o...

    İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında olub

    2017-12-15

    İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olub, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib.

  • İlham Əliyev “Baku Steel Company” MMC-nin Su...

    İlham Əliyev “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib

    2017-12-15

    Prezident İlham Əliyev “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib. Dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və sənayenin əsaslı şəkildə inkişafı başlıca prioritetlərdəndir.

  • İlham Əliyev Lüdviqshafen parkında əsaslı t...

    İlham Əliyev Lüdviqshafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

    2017-12-15

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıta səfəri çərçivəsində şəhərin Lüdviqshafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Son illərdə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin daxil olması ilə müşayiət olunur. Ölkəmizin bütün bölgələrində müasir səviyyədə ictimai yerlərin, bulvarların, parkların və xiyabanların yaradılması tədbirləri davam etdirilir. Bu proses Sumqayıtda da geniş vüsət alıb. Bu sahədə görülən işlər sakinlərin rahatlığı, asudə vaxtlarının daha da səmərəli təşkili məqsədi daşımaqla yanaşı, müasirləşən Sumqayıtın gözəlliyinə əlavə çalarlar qatır.

  • İlham Əliyev Sumqayıtda “Kimyaçı” Mədən...

    İlham Əliyev Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

    2017-12-15

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi.

  • İlham Əliyev Yeni Azərbaycan Partiyası Sumqay...

    İlham Əliyev Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasının açılışında iştirak edib

    2017-12-15

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasının açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

  • İlham Əliyev Sumqayıtda Bayraq Muzeyinin açıl...

    İlham Əliyev Sumqayıtda Bayraq Muzeyinin açılışında iştirak edib

    2017-12-15

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda Bayraq Muzeyinin açılışında iştirak edib. Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

  • Sumqayıt şəhərində 12 dekabr Ulu Öndər Heyd...

    Sumqayıt şəhərində 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günü keçirildi.

    2017-12-12

    Görkəmli şəxsiyyət, dahi lider Heydər Əliyevin anım günü Sumqayıtda da böyük izdihamla qeyd olunub. Səhər tezdən sumqayıtlıların sevimli istirahət məkanı – Heydər Parkı istiqamətində insan axını müşayiət olunurdu. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları Muxtar Babayev, Tahir Mirkişili, Mirzəcan Xəlilov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri parkın mərkəzində Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.

  • Sumqayıtda “Azərbaycanda iqtisadi islahatlar: ...

    Sumqayıtda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib.

    2017-11-14

    Tədbir zamanı Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılov və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının I müavini Faiq Kərimov çıxışlar ediblər.

  • “Ölkəmizi tanıyaq” tur aksiyasında iştira...

    “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək məktəblilər yola salındı.

    2017-11-11

    Sumqayıtın bir qrup məktəblisi respublikada həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində maarifləndirici tura qoşulub. Şəhər ümumtəhsil məktəblərinin 40 nəfər şagirdindən ibarət qrup noyabrın 11-də Gəncə-Şəmkir-Göygöl şəhərləri marşrutu üzrə yola düşüb.

  • 9 noyabr – Azərbaycan Respublikasının Dövlə...

    9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü

    2017-11-08

    9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə Sumqayıt şəhərində ümumşəhər bayramı keirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.

  • Çin Xalq Respublikasının ölkəmizdəki səfiri...

    Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Sumqayıta səfər etdi.

    2017-10-26

    Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Vey Cinxuanın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıta olub. Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə Sumqayıtın tarixi haqqında məlumat verilib, sosial-mədəni, iqtisadi inkişafından danışılıb. son illərdə Sumqayıt şəhərində həyata keçirilən layihələr, genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri barədə məlumat verilib.

  • Sumqayıt şəhər İcra Hakimiyyətinin 2017-ci i...

    Sumqayıt şəhər İcra Hakimiyyətinin 2017-ci ilin doqquz ayında şəhərin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi.

    2017-10-17

    Oktyabrın 17-də 2017-ci ilin 9 ayında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələri haqqında şəhər İcra hakimiyyətinin yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov açaraq bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub.

əvvəlki [3] növbəti