Şriftin ölçüsü :

Saytın rəngi :

Norveç Krallığının Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Sumqayıt şəhərinə səfər etdi.

15 oktyabr 2018 | 16:00

Norveç Krallığının Azərbaycandakı Müvəqqəti işlər vəkili Olav-Nils Thue Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb.
Zakir Fərəcov diplomata şəhərin tarixi, sosial və iqtisadi inkişafı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib. Z.Fərəcov münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Norveç Krallığının Azərbaycandakı Müvəqqəti işlər vəkili Olav-Nils Thue Azərbaycan-Norveç arasındakı mövcud əlaqələrin, qarşılıqlı-faydalı əməkdaşlığın bundan sonra daha yüksək səviyyəyə çatacağına əminliyini ifadə edib. Diplomat Sumqayıt şəhərinin sürətlə inkişaf etdiyini qeyd edib, Sumqayıtın yaşamaq və çalışmaq üçün gözəl şəhər olduğunu vurğulayıb.
Qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu görüşdə gələcək birgə fəaliyyətə dair fikir mübadiləsi aparılıb.

Keçidlər