Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov şəhərin daha 4 məktəbinə baxış keçirdi

14 sentyabr 2018 | 16:00

Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu dəfə Hacı Zeynalabdin qəsəbəsində yerləşən 6 saylı, 13-cü mikrorayonda yerləşən 34 saylı, 11-ci mikrorayonda yerləşən 31 saylı və eləcə də şəhərin 2-ci mikrorayon ərazisində yerləşən 3 saylı tam orta məktəblərində olub.
Sumqayıt şəhər ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir.
2018-2019-cu il tədris ilinin başlaması ilə əlaqədar olaraq görülmüş işlərlə yaxından tanış olmaq məqsədilə mütəmadi olaraq şəhərdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinə baxış keçirən şəhər rəhbəri, məktəblərdəki mövcud şəraitlə tanış olub, hər bir məktəbdə müəllim kollektivi ilə görüşüb.
Şəhər rəhbərinin təhsil müəssisələrində kollektivlə görüşü zamanı şəhərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, Sumqayıt təhsilinin inkişafı, son illərdə təhsil sahəsində əldə olunmuş naliyyətlər ətrafında geniş müzakirə və fikir mübadiləsi aparılıb.
Şəhər sakinləri son illərdə Sumqayıt şəhərində görülmüş işlərə görə ölkə başçısına və şəhər rəhbərinə minnətdarlıqlarını çatdırıb, təkliflərini səsləndiriblər.

Keçidlər