Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun-Milli Qurtuluş Günü münasibətilə Sumqayıt şəhərində bayram tədbiri keçirildi

15 iyun 2018 | 16:00

Sumqayıt  “Kimyaçı” Mədəniyyət Sarayında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib.

Tədbirdə qeyd olunub ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir.  15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və ona arxa olan bir insan — Heydər Əliyevdir.

Vurğulandı ki, 15 İyun – Milli Qurtuluş Günü Ulu öndər Heydər Əliyevin bütünlüklə xalqı azərbaycançılıq ideyası ətrafında birləşdirməsinin bariz sübutu oldu. Bu ideya ölkəmizin inkişafında, keçdiyi yolda hər zaman vətəndaşlarımızın bir amal uğrunda birləşdirilməsində müstəsna rol oynayıb. Bu gün həmin ideyalar prezident İlham Əliyev tərəfindənuğurla inkişaf etdirilir.

İncəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub.

Keçidlər