Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bayram tədbiri keçirilib.

01 iyun 2018 | 16:00

Sumqayıt şəhərində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bayram tədbiri keçirilib. Sumqayıt Dövlət Dram Teatrında təşkil edilmiş tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak edib.

İstedadlı uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olan  Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov uşaqları “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə təbrik edib, onlara onlara xoşbəxtlik və səadət, firəvan həyat, uzun ömür, can sağlığı arzulayıb

Qeyd olunub ki, Sumqayıt şəhərində son illər uşaqların hüquqlarının qorunnması , onların sağlam böyümələri və mükəmməl təhsil almaları üçün hər cür şərait yaradılıb.

Bayram tədbiri uşaq bağçası – körpələr evinin balaca fidanlarının ifasında bir – birindən maraqlı , rəngarəng musiqi nömrələri, vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi kompozisiya və rəqslərlə davam etdirilib.

Sonda İcra Başçısı tərəfindən səmərəli və ictimai fəaliyyətinə görə fərqlənən müəllimlərə fəxri fərman və uşaqlara hədiyyələr verilib.

Keçidlər