Şriftin ölçüsü :

Saytın rəngi :

Zakir Fərəcov uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldu

17 may 2018 | 16:00

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 56 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılmış şərait ilə tanış olub.

Uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması həyata keçirilən dövlət siyasətində mühüm yer tutur. Sumqayıt şəhərində mövcud körpələr evləri və uşaq bağçalarının əsaslı təmirinə son illərdə xüsusi diqqət yetirilir. Şəhərdə mövcud bütün baxçalar əsaslı təmir olunur. Qısa müddət ərzində mövcud baxçalarda istilik sistemi bərpa olunub, dam örtükləri vurulub.

Qeyd olunub ki, 56 saylı körpələr evi uşaq baxçasında da uşaqların rahatlığı, istirahəti və ilkin biliklərə yiyələnmələri, onların istirahətini yüksək səviyyədə təşkil etmək üçün hər cür şərait yaradılıb. Həyətyanı sahə abadlaşdırılıb, ərazidə yaşıllaşdırma işləri aparılıb, oyun meydançaları düzəldilib.

Şəhər rəhbəri baxçada görülən işlərin keyfiyyəti ilə maraqlandı, uşaqların sağlamlığına və qidalanmasına ciddi nəzarət olunması ilə bağlı tapşırıq və tövsiyyələrini verdi.

Bağça ilə tanışlıqdan sonra uşaqların ifasında şerlər səsləndirildi, nəğmələr oxundu, müxtəlif mövzularda bədii kompazisiyalar nümyiş etdirildi.

Sonda görülən işlərdən razı qalan şəhər rəhbəri bağçanın kollektivinə uğurlar arzulayıb , xatirə şəkili çəkdirib.

Keçidlər