Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Hindistanın məşhur “Indian Ocean” qrupu konsert verib.

14 sentyabr 2017 | 16:00

Hindistanın məşhur “Indian Ocean” adlı musiqi qrupu Sumqayıtda Dənizkənarı Bulvarda geniş konsert proqramı ilə çıxış edib.Konsert Hindistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü  və Sumqayıt Şəhər İcra Hakimiyyətinin  təşkilatçılığı ilə  Azərbaycan respublikası ilə Hindistan arasında diplomatik  münasibətlərin 25 illiyi münasibəti ilə keçiriliən silsilə tədbirlər çərçivəsində baş tutub. Konsertdə biri birindən maraqlı ecazkar   musiqi nömrələri ifa olunub.Musiqilərdə  mənəviyyat, fəallıq, ətrafmühitçilik, müharibənin faydasızlığı və mifologiya kimi mövzular qabarıq sezilir.Müasir rokun, klassik Hind cazının, xalq musiqisinin vəhdəti  şəhər  sakinləri  tərəfindən maraqla qarşılanıb.

Sancay Rana Hindistanın Azərbaycandakı səfiri: "Bu il Hindistanla  Azərbaycan arasında diplomatik və dostluq münasibətlərinin qurulmasının 25 illiyini qeyd edirik və bu münasibətlə Hindistandan Azərbaycana bir çox qruplar biz dəvət etmişik.Bu münasibətlə burda çıxış edən qrup da 25 illik dostluq münasibətlərinin qeyd edilməsi ilə bağlı tədbirlərin tərkib hissəsidir.Biz keçən ildə Sumqayıt şəhərində bir çox mədəni tədbirlər keçirmişik.Keçən il burda rəqs qrupu öz ifası ilə çıxış etmişdir.Daha sonra bu ilin yay ayının əvvəllərində biz burda yoqa proqramı ilə çıxı etdik və mən demək istərdim ki,sumqayıtlılar mədəni tədbirləri çox xoşlayır.Həmçinin də Hindistandan nə vaxt bura mədəni qruplar gəlirsə mən Sumqayıt şəhərinə gətirirəm,çünki Sumqayıt şəhəri çox gözəldir,Bulvar hissəsi çox gözəldir,həmçinin də Sumqayıt Şəhər İcra Hakimiyyəti bizə belə tədbirlərin təşkil edilməsində çox böyük köməklik göstərir.Məsələn bu günkü tədbirimizdə çox böyük bir izdiham var idi.Həmçinin də biz məmnun olduq.Sumqayıtla biz gələcəkdə də başqa tədbirlərin təşkil edilməsində maraqlıyıq.Çünki burda çox gözəl səhnə,yeni qurulmuş Bulvar ərazisi var ki,burda biz 2-3 min insanın iştirak edəcəyi performanslar təşkil edə bilərik."

 

Keçidlər