Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərində orta məktəblərdə görülən işlərlə tanış olub.

07 sentyabr 2017 | 16:00

Son iki ildə yeni inkişaf mərhələsi yaşayan Sumqayıtda təhsilin inkişafına da xüsusi diqqət yetirilir. Sumqayıt şəhərində fəaliyyət göstərən məktəblərdə əsaslı və cari təmir işləri yekunlaşdırılmaq üzrədir.
Şəhər rəhbəri yeni tədris ilinə hazırlıqla bağlı görülən işlərin gedişi ilə tanış olmaq üçün Sumqayıt şəhərində fəaliyyət göstərən 17 və 24 saylı məktəblərdə olub.
Görülmüş işlərlə bağlı şəhər rəhbərinə məlumat verilib. Bildirilib ki, təhsil ocaqlarının dərs otaqları, yeməkxanaları, idman zalları, dəhlizləri təmir olunur, dam örtükləri yenilənir.
Şəhər rəhbəri məktəblərin kollektivləri ilə görüşüb, şəhərdə həyata keçirilən abadlıq-quruculuq və eləcə də təhsil müəssisələrində görülmüş işlərlə bağlı fikirlərini bölüşüb.
İşlərin tez bir zamanda başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verib. Kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Keçidlər