Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində yeni tədris ilinin başlanması ilə əlaqədar müşavirə keçirilib.

05 sentyabr 2017 | 16:00

2017-2018-ci tədris ilinin başlanması ilə əlaqdar olaraq Sumqayıt şəhər İcra Hakimiyyətində müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirdi ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Diqqətə çatdırıldı ki, artıq dərs ilinin başlanmasına sayılı günlər qalıb. Ümumtəhsil ocaqlarında artıq cari təmir işləri yekunlaşmaq üzrədir.
Şəhər rəhbəri qeyd etdi ki, Sumqayıt şəhərində fəaliyyət göstərən bütün məktəblərdə təmir bərpa işləri yüksək səviyyədə aparılmalıdır. Tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində lazəmi tədbirlər görülməlidir. Həmçinin vurğulandı ki, məktəblərdə istilik sistemi ilə bağlı bütün problemlər vaxtında aradan qaldırılmalıdır. Təhsil ocaqları qış rejiminə tam hazır vəziyyətə gətirilməlidir.
Müşavirədə yeni dərs ili ilə əlaqədar olaraq məktəblərdə görülmüş işlər, eləcə də həlli vacib əhəmiyyət kəsb edən problemlərlə bağlı müzakirələr aparıldı.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bir həftə ərzində təhsil müəssisələrində olan mövcud problemlərin aradan qaldırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Keçidlər