Home Contact Phone
background
  • Ünvan: AZ 5000, Azərbaycan Respublikası, Sumqayıt ş., Azərbaycan prospekti, 9
  • Faks: (+994 18) 6420000
  • E-mail: mail@sumqayit-ih.gov.az

Xəbərlər

  • Sumqayıt şəhərində 2019-ci ilin birinci rüb...

    Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları ilə bağlı hesabat yığıncağı keçirilib

    2019-05-08

    Mayın 7-də Sumqayıt şəhərində 2019-ci ilin birinci rübünün yekunları müzakirə olunub. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, idarə, müəssisə, təşkilat hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

  • Sumqayıt şəhər İcra Hakimiyyətinin başçıs...

    Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vətəndaşların səyyar qəbulunu keçirib

    2019-05-07

    Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü keçirib. Sumqayıt şəhər Tarix Muzeyində keçirilən səyyar qəbul-görüşdə şəhərin 45-ci məhəllə, 4 və 5-ci mikrorayon sakinləri iştirak edib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov da iştirak edib.

  • Zakir Fərəcov 27 saylı məktəbdə oldu, şagir...

    Zakir Fərəcov 27 saylı məktəbdə oldu, şagird və müəllimlərlə görüşdü

    2019-05-03

    Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 6-cı mikrorayon ərazisində yerləşən 27 saylı məktəbdə olub, burada müəllim və şagirdlərlə görüşüb. Məktəbin fəaliyyəti ilə yaxından tanış olan şəhər rəhbəri şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb, peşə seçimi, şəhərdə həllini gözləyən problemlərlə bağlı fikirlərini öyrənib, onlara tövsiyələrini verib, sualları cavablandırıb.

  • Sumqayıtda Qızıl Aypara Cəmiyyətinin könüll...

    Sumqayıtda Qızıl Aypara Cəmiyyətinin könüllüləri ilə görüş keçirildi

    2019-05-02

    Qızıl Aypara Cəmiyyətinin 100 illiyi və Sumqayıt şəhərinin 70 illik yubileyləri ərəfəsində Sumqayıtdakı Heydər Əliyev Mərkəzində cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun şəhərin ayrı-ayrı təşkilatlarının, təhsil və səhiyyə müəssisələrinin gənc nümayəndələri və könüllülər ilə görüşü keçirilib.

  • Sumqayıtın və şəhər səhiyyəsinin 70 illik ...

    Sumqayıtın və şəhər səhiyyəsinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

    2019-05-01

    Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt şəhərinin və səhiyyəsinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Səhiyyə nazirinin müavini Elsevər Ağayev, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri və tibb işçiləri iştirak edib.

  • Zakir Fərəcov Sülh prospektində görülən tə...

    Zakir Fərəcov Sülh prospektində görülən təmir işlərinə baxış keçirib

    2019-04-29

    Sumqayıt şəhərində abadlıq-quruculuq işləri davam edir. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində prospekt və küçələr, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur.

  • Zakir Fərəcov Muğam Mərkəzinin tikintisi ilə...

    Zakir Fərəcov Muğam Mərkəzinin tikintisi ilə yaxından tanış oldu

    2019-04-29

    Sumqayıt şəhər dənizkənarı bulvar ərazisində Muğam Mərkəzinin tikintisinə başlanılıb. Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov görülən işlərlə yaxından tanış olub, tapşırıq və tövsiyələrini verib.

  • Sumqayıtda növbəti ağacəkmə aksiyası keçir...

    Sumqayıtda növbəti ağacəkmə aksiyası keçirilib

    2019-04-27

    “Bu yaz özün bir təbiət yarat!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində jurnalistlər bu dəfə Sumqayıt şəhərinin Nəsimi parkında ağac əkib. Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə keşirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edib.

  • Zakir Fərəcov 21 saylı orta məktəbə baxış ...

    Zakir Fərəcov 21 saylı orta məktəbə baxış keçirib

    2019-04-26

    Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 12-ci mikrorayon ərazisində yerləşən 21 saylı məktəbdə olub, burada müəllim və şagirdlərlə görüşüb.

  • Sumqayıtda “Azərbaycanın qeyri-neft sektorunu...

    Sumqayıtda “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda konfrans keçirildi

    2019-04-26

    Aprelin 25-də Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda Respublika elmi konfrans keçirildi. Konfransda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov, Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyev, “Azərkimya” İB, “Etilen-Polietilen” zavodunun direktoru Oqtay Niftəliyev və müəssisənin bir qrup əməkdaşı və ölkəmizdə fəaliyyət göstərən aparıcı ali məktəblərin alimləri iştirak etdilər.

  • Sumqayıtda daha bir tibb ocağı əsaslı təmird...

    Sumqayıtda daha bir tibb ocağı əsaslı təmirdən sonra istifadəyə verilib

    2019-04-24

    Sumqayıt şəhərində səhiyyə xidmətinin bütün sahələr üzrə yaxşılaşdırılması, eləcə də uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması sahəsində müvafiq tədbirlər həyata keçirilir. Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2 nömrəli uşaq poliklinikasında olub, burada yaradılan şərait və görülən işlərlə tanış olub.

  • Sumqayıtda “Gəlin birgə oxuyaq!” şüarı a...

    Sumqayıtda “Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü” təşkil olunub

    2019-04-23

    Aprelin 23-ü Sumqayıtda “Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü” təşkil olunub. Kimyaçı Mədəniyyət Sarayında keçirilən tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak edib.

  • Millət vəkili Tahir Mirkişili məhəllə komit...

    Millət vəkili Tahir Mirkişili məhəllə komitələrinin rəhbərləri ilə görüşdü

    2019-04-22

    Sumqayıtlı millət vəkili Tahir Mirkişili Sumqayıt Bələdiyyəsinin Məhəllə komitələrinin üzvləri ilə görüş keçirilib. Millət vəkili ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət barədə məlumat verib, xüsusilə son aylarda sosial islahatlar proqramı çərçivəsində atılan addımların əhəmiyyətini şərh edib. T.Mirkişili Sumqayıtın inkişafı, abadlaşdırılması istiqamətində görülən işlərdən danışıb, şəhərin sosial infrastrukturunun təkmilləşdirildiyini diqqətə çatdırıb.

  • Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ...

    Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov Sumqayıt şəhərində sahibkarlarla görüşüb

    2019-04-17

    Aprelin 17-də Sumqayıt şəhərində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb. Bununla bağlı Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində sahibkarların iştirakı ilə tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, aidiyyəti dövlət qurumlarının rəhbərləri və sahibkarlar iştirak edib.

  • Sumqayıt Dövlət Universitetində Sumqayıt şə...

    Sumqayıt Dövlət Universitetində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş “Sumqayıtın bu günü və sabahı” mövzusunda elmi-praktik konfrans keçirilib

    2019-04-10

    Aprelin 10-da Sumqayıt Dövlət Universitetində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş “Sumqayıtın bu günü və sabahı” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, universitetin professor-müəllim heyəti iştirak ediblər.

  • Sumqayıt Bulvarında 10 milyonuncu vətəndaşın...

    Sumqayıt Bulvarında 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibəti ilə konsert keçirilib

    2019-04-08

    Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Sumqayıtın dənizkənarı bulvarında konsert proqramı təşkil edilib. İncəsənət ustaları və rəqs kollektivlərinin çıxışı şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

  • Sumqayıtda 31 Mart – Azərbaycanlıların Soyq...

    Sumqayıtda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

    2019-03-30

    31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib. Soyqırım qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 31 Mart – Azərbaycanlıların Soyqırımı ilə bağlı videoxronika nümayiş etdirilib.

  • Sumqayıtda Azərbaycanın təhlükəsizlik orqanl...

    Sumqayıtda Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi qeyd olundu

    2019-03-19

    Martın 19-da Sumqayıtda Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti və rolu mövzusunda yığıncaq keçirilib.

  • Sumqayıt bulvarında təntənəli Novruz şənliy...

    Sumqayıt bulvarında təntənəli Novruz şənliyi keçirilib

    2019-03-17

    Min illərdir ki, xalqımız baharın gəlişini Novruz bayramı ilə qeyd edir, bu bayramı öz milli varlığı kimi qoruyub saxlayır. Bu il Sumqayıt şəhəri Novruz bayramına daha möhtəşəm və daha mütəşəkkil hazırlaşıb. Şəhər sakinlərinin sevimli istirahət guşəsi olan Sumqayıt bulvarı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünüb. Bayram şənliyində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakinləri iştirak edib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərini təbrik edərək, bayram tonqalını alışdırıb.

  • Zakir Fərəcov Coratda Novruz şənliyində işti...

    Zakir Fərəcov Coratda Novruz şənliyində iştirak edib

    2019-03-17

    Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz doğma Azərbaycanımızın hər yerində olduğu kimi, Sumqayıtda da böyük təntənə ilə qeyd edilir. Belə ki, Sumqayıt şəhərinin Corat qəsəbəsində milli mənəvi dəyərləri və adət-ənənələrimizi özündə əks etdirən bayram tədbiri keçirilib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbirin keçirildiyi ərazidə sakinlərlə görüşüb, onlara bayram təbriklərini çatdırıb.

  • Sumqayıt şəhər İcra Hakimiyyətinin başçıs...

    Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov “Doğma Sumqayıtımızın yubileyini ləyaqətlə qarşılayaq” devizi altında təşkil olunmuş tədbirdə iştirak edib

    2019-03-16

    Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Doğma Sumqayıtımızın yubileyini ləyaqətlə qarşılayaq” devizi altında Ağsaqqallar Şurasının üzvlərinin və gənclərin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər Ağsaqqallar Şurasının üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edib.

  • Sumqayıtda gender zorakılığı və uşaqlara qa...

    Sumqayıtda gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun iclası keçirildi

    2019-03-16

    Sumqayıt şəhər İcra Hakimiyyəti yanında himayəçilik və qəyyumluq komissiyasının tərkibində fəaliyyət göstərən gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısını almaq məqsədi ilə yaradılan monitorinq qrupunun illik hesabat tədbiri keçirilib. Çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini monitorinq qrupunun sədri Ülviyyə Müzəfərova qeyd edib ki, qrupun əsas məqsədi sosial bəla olan boşanmaların, erkən nikahların, xəstə və iş qabliyyəti olmayan şəxslərin üzərində qəyyumluğun təyin olunması məsələlərinə baxılmasıdır.

  • “Azərikimya” İstehsalat Birliyinin təşəbb...

    “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə Sumqayıtda bayram konserti keçirilib

    2019-03-15

    Sumqayıtın ictimai və mədəni həyatında yaxından iştirak edən SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə xalqımızın ən əziz və ən sevimli bayramlarından olan Novruz bayramı ərəfəsində çoxsaylı neftçilər ailəsinin – ”Azərikimya”nın, SOCAR-Polymer MMC-nin, SOCAR Karbamid zavodunun, “Azəriqaz” İB-nin Sumqayıt Qaz İdarəsinin və Sumqayıtda yaşayan digər əməkdaşlarının, eyni zamanda şəhər sakinlərinin asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili məqsədi ilə “Kimyaçı” Mədəniyyət sarayında geniş konsert proqramı təşkil edilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, «Azərikimya» İstehsalat Birliyinin Baş direktoru İmran Arzumanzadə və eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

  • Zakir Fərəcov Zəminə Həsənovanın 100 illik ...

    Zakir Fərəcov Zəminə Həsənovanın 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirak edib

    2019-03-14

    Sumqayıt şəhər Tarixi Muzeyində sosialist əməyi qəhrəmanı, Sumqayıtın fəxri vətəndaşı və Azərbaycanın ilk qadın metallurqu Zəminə Həsənovanın 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər ictimaiyyəti və Zəminə Həsənovanın yaxın qohumları iştirak edib.

  • Zakir Fərəcov 4 saylı məktəbdə olub

    Zakir Fərəcov 4 saylı məktəbdə olub

    2019-03-13

    Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 17-ci mikrorayon ərazisində yerləşən 4 saylı məktəbdə olub, burada müəllim və şagirdlərlə görüşüb. Məktəbin fəaliyyəti ilə yaxından tanış olan şəhər rəhbəri şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb, şagirdlərə tövsiyələrini verib, sualları cavablandırıb.

əvvəlki [2] növbəti