Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində Novruz bayramı münasibəti ilə bayram tədbiri keçirilib.

19 mart 2017 | 16:00

 Novruzun gəlişinə ciddi hazırlaşan qəsəbə sakinləri baharı milli musiqi sədaları altında böyük sevinc və ümidlə qarşılayıblar. Qəsəbənin bədii özfəaliyyət kollektivlərinin çıxışları, Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar, idmançıların rəngarəng çıxışları mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Bayram tədbirində Sumqayıt şəhər  İcra Hakimiyyəti başçısı Zakir Fərəcov, qəsəbənin idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə yazın gəlişini bildirən bayram tonqalı yandırılıb.

Eyni zamanda, qəsəbədə təmir olunan parkın açılış mərasimi keçirilib. Qəsəbənin giriş hissəsində  olan  Hacı Zeynalabdin Tağıyevin büstünün yeri dəyişdirilib, abidə parkda  qoyulub. Parkda əhalinin istirahəti üçün bütün imkanlar yaradılıb.

Bayram tədbiri mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı ilə davam etdirilib.

 

 

 

 

Keçidlər