Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.

08 noyabr 2016 | 16:00

Sumqayıt şəhər İcra Hakimiyyətinin və AMEA-nın Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzərək ruhuna öz ehtiramlarını bildiriblər. Daha sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.
Akt zalında davam edən tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov qeyd edib ki, Azərbaycan digər sahələrdə əldə etdiyi uğurlarla bərabər, dünyada həm də tolerantlıq örnəyi kimi tanınan bir ölkədir. Ulu öndər Heydər Əliyevin tolerantlığın qorunub saxlanılması istiqamətində gördüyü tədbirlər Azərbaycanı müxtəlif milli- mədəni dəyərlərin qovuşduğu bir məkana çevirib və bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi istiqamətində mütərəqqi addımlar atılır. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması da bu istiqamətdə atılmış mühüm addımlardandır.
T.Səmədov bildirib ki, Azərbaycanda dini tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin təbliğində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var.
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə çıxışında vurğulayıb ki, qloballaşan dünyada sülhün və əmin-əmanlığın bərqərar olması üçün dini və milli ekstrimizmə qarşı marifləndirmə işinin labüdlüyünü vurğulayıb, tarixi kökləri və nəzəri əsasları baxımından Azərbaycan tolerantlıq modelinin bu gün bütün dünyaya nümunə ola biləcəyini, habelə Azərbaycan gənclərinin vətən məfhumu ilə yoğrulmuş bu bəşəri dəyəri qorumasının vacibliyini qeyd edib.
Bu gün Azərbaycan multikulturalizm siyasəti və bu sahədəki uğurları ilə dünyanın bir çox ölkələrinə, o cümlədən tarixən zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunə olduğu vurğulanıb .

Keçidlər