Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda şəhər fəallarının yığıncağı keçirilib.

28 sentyabr 2016 | 16:00

       Prezident İlham Əliyevin sentyabrın 27-də Sumqayıt şəhərinə səfəri zamanı verdiyi tövsiyə və tapşırıqların həlli, eləcə də son bir ildə görülən işlərin yekunu ilə əlaqədar şəhər fəallarının yığıncağı keçirilib.
       Əsaslı təmir olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrının binasında keçirilən tədbirdə şəhər rəhbərliyi, Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
       Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevin şəhərə son səfərinin əlamətdar hadisə olduğunu, ictimaiyyət nümayəndələri ilə görüşdə səsləndirdiyi təklif və tövsiyələrin Sumqayıtın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsində mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
         Yığıncaqda çıxış edən şəhər ictimaiyyətinin nümayəndələri son bir ildə görülən işlərin şəhər sakinlərinin rahatlığına, inkişafına hesablandığını vurğulayıblar. Çıxışlarda dövlətimizin başçısına Sumqayıta və sumqayıtlılara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ifadə olunub.
         Tədbirdə Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işlərində fərqlənənlərə fəxri fərmanlar təqdim olunub.
         Daha sonra tədbir tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam edib.

Keçidlər