Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı elmi-nəzəri konfrans keçirilib.

31 mart 2016 | 16:00

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində elmi-nəzəri konfrans keçirilib.
Konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə,  müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri  iştirak ediblər.
Azərbaycanlıların Soyqırımı qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra soyqırımı ilə bağlı video-xronika nümayiş etdirilib.
Konfransda “Ermənilərin tarixi Azərbaycan torpaqlarına ərazi iddiaları və azərbaycanlılara qarşı soyqırım siyasətinin tarixi aspektləri”, “Ulu öndərimiz Heydər Əliyevin “Azərbaycanlıların Soyqırımı haqqında ” 26 mart 1998-ci il tarixli Fərmanının tarixi mahiyyəti haqqında”,  “31 Mart 1918-ci il soyqırımı: Bakıda törədilən qırğınlar”, “1918-ci ildə ermənilər  tərəfindən Azərbaycanın bölgələrində törədilən qırğınlar”, “31 mart 1918-ci il soyqırımının davamı- 1948-1953-cü illərdə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası”, “Dağlıq Qarabağ Böyük Ermənistan xülyası konteksində” mövzularında məruzələr dinlənilib.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunub. 
Məruzələrdə bildirilib ki, qırğınların davam etdiyi dövrdə ölkə ərazisində yüz minlərlə azərbaycanlı milli mənsubiyyətinə görə erməni dəstələri tərəfindən qəddarlıqla qətlə yetirilib.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunmuş Azərbaycanlıların Soyqırımını özündə əks etdirən rəsm əsərlərindən ibarət sərgiylə tanış olublar.

Keçidlər