Home Contact Phone
background
  • Ünvan: AZ 5000, Azərbaycan Respublikası, Sumqayıt ş., Azərbaycan prospekti, 9
  • Faks: (+994 18) 6420000
  • E-mail: mail@sumqayit-ih.gov.az

Xəbərlər

  • Sumqayıtda 2017-ci ilin sosial-iqtisadi inkişaf...

    Sumqayıtda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

    2018-02-05

    Fevralın 5-də Sumqayıtda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov , Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, millət vəkilləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

  • Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsi ya...

    Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi.

    2018-01-20

    Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi həkk olunan 20 Yanvar faciəsinin 28-ci ildönümü Sumqayıt şəhərində də böyük izdihamla qeyd olunub. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, minlərlə sumqayıtlı Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılan abidəni və Vətənimizin qəhrəman övladlarının məzarlarını ziyarət ediblər.Sumqayıt Cümə Məscidinin axundu şəhidlərin ruhuna dua oxuyub.

  • YAP Sumqayıt şəhər təşkilatının Şura icla...

    YAP Sumqayıt şəhər təşkilatının Şura iclası keçirilib.

    2018-01-17

    Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının yeni istifadəyə verilmiş inzibati binasında partiyanın Şura iclası keçirilib. İclasda 2017-ci ildə görülən işlərə yekun vurulub, qarşıya qoyulmuş vəzifələrin icrası müzakirə olunub.

  • Sumqayıt şəhərində “31 Dekabr Dünya Azərb...

    Sumqayıt şəhərində “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il bayramı” ilə əlaqədar ümumşəhər bayram tədbiri keçirilib.

    2017-12-30

    Dekabrın 29-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə şəhər rəhbərliyi, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərləri, veteranlar, ictimayət nümayəndələri iştirak ediblər.

  • Zakir Fərəcov: "İlham Əliyevin qayğısı...

    Zakir Fərəcov: "İlham Əliyevin qayğısı Sumqayıtın yeni inkişaf mərhələsinin əsas zəminidir"

    2017-12-25

    Son 14 ildə böyük inkişaf yolu qət edən Azərbaycan Respublikası həm də beynəlxalq miqyasda güclü nüfuza və yüksək imicə malik bir ölkə kimi özünü tam təsdiq edib. Əldə edilmiş uğurlarımız göstərir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin davamı isə bütün Azərbaycan xalqının istəyidir. Bu mənada 2003-cü, 2008-ci və 2013-cü illərin prezident seçkilərinin nəticələri göstərdi ki, Heydər Əliyevin siyasi kursunun alternativi yoxdur. Azərbaycan vətəndaşlarının seçimi məhz ümummilli liderin ideyalarının davam etdirilməsi üzərində köklənib.

Foto qalereya