ana səhifə əlaqə
 
  az   ru   en
İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyəti Başçısının Aparatı Şəhər Haqqında

LİNKLƏR
 

Yüngül sənaye

“Sumqayıt Xovlu İplik” ASC

1976-cı ilin dekabr ayında “Sumqayıt Xovlu İplik fabriki” adı altında fəaliyyətə başlamışdır. 1990-cı ilədək müəssisə tam gücü ilə işləmiş, fabrikdə 1447 nəfər işçi çalışmışdır. 1990-97-ci illərdə müəyyən fasilələrlə fəaliyyətini davam etdirmiş, istehsal gücünün 35 %-i həcmində (700 ton/il xovlu iplik) işləmiş, fabrikdə 481 nəfər işçi çalışmışdır. 1997-ci il oktyabrın 13-də Əmlak Nazirliyinin 818 saylı sərəncamı ilə fabrikin bazasında “Sumqayıt Xovlu İplik” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. 1998-2001-ci illərdə müəssisə fəaliyyətini tam dayandırmışdır. 2001-ci ildə cəlb edilmiş kredit hesabına istehsal gücünün 3-5 %-i nisbətində (60-80 ton/il) fəaliyyətini qismən bərpa etmiş, 87 nəfər işlə təmin olunmuşdur. 2005-ci il oktyabrın 10-da Səhmdar Cəmiyyətin səhmlərinin 69 %-i MKT İstehsal-Kommersiya MMC tərəfindən alınmışdır. Həmin tarixdə keçirilən İdarə Heyətinin iclasında müəssisədə köklü yenidənqurma işlərinin aparılmasının vacibliyi haqqında məsələ qaldırılmış və 2006-2008-ci illərdə “Sumqayıt Xovlu İplik” ASC-də kompleks rekonstruksiya işlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Hazırda müəssisənin nizamnamə kapitalı 2,237,450 AZN təşkil edir.

Müəssisə 24/2 nömrədən 46/2 nömrəyədək saplar istehsal etmək imkanına malik olmuşdur. Alınmış saplardan ildə 40 min ədəd örtük, 130 min ədəd adi və uzunboğaz corab istehsal edilirdi. Müxtəlif ölçü və formalarda trikotaj və üst geyimləri istehsalı isə 20 min ədəd təşkil etmişdir. Müəssisə ildə 100 ton 16 nömrədən 46/2 nömrəyədək yun və yarımyun ipliyi istehsal etmək gücündə olmuşdur. Müəssisənin məhsul portfeli Xovlu iplikdən, Yarımyun ipliyindən, Yun ipliyindən və Trikotaj məhsullarından ibarətdir.

Müəssisənin əsas məhsullarının istehsalı 4 mərhələ və 13 əməliyyatdan ibarət olmuşdur. Bu əməliyyatlar aşağıdakı sexlərdə həyata keçirilmişdir:

Hazırlayıcı sex
Əyrici sex
Cütləyici, burucu-sarıyıcı sex – 2 əməliyyat
Xovlayıcı sex
Yun və yarımyun emalı sexi
Toxucu sexi
Corab sexi
Örtük sexi


HEYDƏR ƏLİYEV

Əziz dostlar!
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olaraq sizi Sumqayıt şəhərinin internet səhifəsində salamlayır və vaxt ayırıb səhifəmizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Zənnimcə, Sumqayıtın fürsətlər şəhəri olduğunu söyləsəm səhv etmərəm və ümid edirəm ki, internet səhifəmizdəki geniş məlumatlarla tanış olsanız siz də mənimlə razılaşacaqsınız. Burada siz Sumqayıtın tarixi, elmi, mədəniyyəti və eləcə də iqtisadiyyatı , ticarəti, investisiya imkanları və şəhərimizin gələcək inkişaf perspektivləri haqqında informasiya əldə edə bilərsiniz.
Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, səhifəmiz davamlı olaraq yenilənəcək və şəhərimizlə əlaqədar bütün vacib xəbərlər sizə çatdırılacaqdır.
Ümidvaram ki, səhifəmizi ziyarət etmək sizə zövq verəcək və maraqlandığınız məlumatları əldə edəcəksiniz, çünki indi Sumqayıt sizə çox daha yaxındır.
Hörmətlə,
Vaqif Əliyev
İcra Hakimiyyəti başçısı

SUMQAYIT ŞƏHƏRİNDƏ İMTİYAZLI ŞƏXSLƏRİN MƏNZİL NÖVBƏSİ SİYAHISI