|
«Bismak» Qida Sənaye Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyət «Bismak» Qida Sənaye Kompleksi MMC 2004-cü ilin aprel ayında təsis olunmuş və 2005-ci ilin noyabr ayından fəaliyyətə başlamışdır. Müəssisədə biskvit və makaron sexi fəaliyyət göstərir. Biskvit sexində çoxçeşidli peçenye və vafli məhsulları istehsal edilir. Makaron istehsalı sexində müxtəlif çeşidli makaron məhsulları istehsal edilir. Dəyirman kompleksində taxıl emalı üçün 2 hissədən ibarət dəyirman və elevatorlar quraşdırılmışdır. Dəyirmanda istehsal olunan xammalın saxlanması üçün hər birinin tutumu 2500 ton olan 4 bunker fəaliyyət göstərir və onların ümumi həcmi 10 000 tondur. Müəssisədə qurulmuş böyük həcmə malik bunkerlər istehsalın xammala olan tələbatını tam ödəməyə imkan verir. Eyni zamanda xammal saxlayan bunkerlərin və iki böyük elevatorun gücü əvvəlcədən buğda alınmasını xeyli yüngülləşdirir və ucuzlaşdırır, taxıl mövsümündə alınan ucuz taxıl, qabaqcadan xammala olan tələbatın il ərzində ödənilməsinə imkan yaradaraq, məhsulun maya dəyərini aşağı salır. Hər iki dəyirman və bunkerlər Türkiyə istehsalıdır. Müəssisə daxili bazarda mal dövriyyəsində əsas yerlərdən birini tutur və Gürcüstan, Rusiya bazarlarına da makaron və biskvit məmulatları göndərir.
«Elitar» şirkəti Özəl müəssisədir. İnşaat işlərinə 2004-cü ilin sentyabr ayında başlanılmış və 2007-ci ilin iyun ayında istifadəyə verilmişdir. Qənnadı məmulatları istehsalı ilə məşğuldur.
|