ana səhifə əlaqə
 
  az   ru   en
İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyəti Başçısının Aparatı Şəhər Haqqında

LİNKLƏR
 

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi 1996-cı il dekabr ayının 21-də təsis edilmişdir. Bölmənin nəzdində “Turan” , “Zərif” qadın ədəbi məclisləri, “Tumurcuq” uşaq klubu fəaliyyət göstərir. Hal-hazırda bölmənin 55 üzvü var. Bölmə yarandığı gündən fəaliyyətini bu istiqamətlərdə qurmuşdur; Klassik və müasir Azərbaycan ədəbiyyatının təbliği , dünya ədəbiyyatının təbliği, yerli müəlliflərin əsərlərinin təbliği və gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi. Bölmənin sədri şair Sabir Sarvandır.

Bölmə tərəfindən çap olunan kitablar:

1. Vətən deyən şerlər” 1999.

2. “Qanadlandıq uçmağa” (birinci kitab) 2000.

3. “Qanadlandıq uçmağa” (ikinci kitab) 2001.

4. “Qanadlandıq uçmağa” (üçüncü kitab) 2002.

5. “Bənövşə pıçıltısı” (ədəbi almanax) 2002.

6. “Məlumat-sorğu kitabçası” 2002.

7. “Qanadlandıq uçmağa” (dördüncü kitab) 2002.

8. “Bizdən sizə qalan sözdü” (ədəbi almanax) 2003.

9. “Qanadlandıq uçmağa” (beşinci kitab) 2004.

10. “Vətənim, anam, dilim (almanax) 2004.

11. “Qanadlandıq uçmağa”(altıncı kitab) 2005.

12. “Dünya Sumqayıtdan keçir”(ədəbi tərcümələrdən ibarət almanax) 2005.

Bölmənin fərqlənən üzvləri:

<!--[if !supportLists]-->1. <!--[endif]-->Məmməd Aslan (1999-cu ildə respublika prezidentinin fərmanı ilə “Şöhrət” ordeninə layiq görülüb. Prezident təqaüdçüsüdür).

<!--[if !supportLists]-->2. <!--[endif]-->Ofeliya Babayeva ( “Araz” ali ədəbi mükafatı laureatı, respublikanın əməkdar müəllimidir. “Tərəqqi” medalı ilə təltif edilib.)

<!--[if !supportLists]-->3. <!--[endif]-->Əvəz Mahmud Lələdağ ( “Tərəqqi” medalı ilə təltif edilib. )

<!--[if !supportLists]-->4. <!--[endif]-->Qüdrət Muğanlı ( “Qızıl qələm” və “Həsən bəy Zərdabi” mükafatları laureatı, respublikanın əməkdar jurnalistidir.)

<!--[if !supportLists]-->5. <!--[endif]-->Rafiq Yusifoğlu ( “İlin ən yaxşı kitabı” , “Qızıl qələm” , “Araz” , “Vətən” , “Tofiq Mahmud” ədəbi mükafatlarının laureatı , respublikanın əməkdar jurnalistidir.)

<!--[if !supportLists]-->6. <!--[endif]-->İbrahim İlyaslı ( Azərbaycan respublikası prezidentinin 6 dekabr 1999-cu il tarixli sərəncamı ilə istedadlı yazarlara 6 ay müddətinə verilən təqaüdə layiq görülüb.)

<!--[if !supportLists]-->7. <!--[endif]-->Sabir Yusifoğlu (Azərbaycan respublikası prezidentinin 28 oktyabr 2000-ci il tarixli sərəncamı ilə istedadlı yazarlara 6 ay müddətinə verilən təqaüdə layiq görülüb.)

<!--[if !supportLists]-->8. <!--[endif]-->Qiyas Həmid ( Azərbaycan və Tatarıstan arasında ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə Rusiya prezidenti tərəfindən “Kazan şəhərinin min illiyi” xatirə medalı ilə təltif edilib.)


HEYDƏR ƏLİYEV

Əziz dostlar!
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olaraq sizi Sumqayıt şəhərinin internet səhifəsində salamlayır və vaxt ayırıb səhifəmizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Zənnimcə, Sumqayıtın fürsətlər şəhəri olduğunu söyləsəm səhv etmərəm və ümid edirəm ki, internet səhifəmizdəki geniş məlumatlarla tanış olsanız siz də mənimlə razılaşacaqsınız. Burada siz Sumqayıtın tarixi, elmi, mədəniyyəti və eləcə də iqtisadiyyatı , ticarəti, investisiya imkanları və şəhərimizin gələcək inkişaf perspektivləri haqqında informasiya əldə edə bilərsiniz.
Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, səhifəmiz davamlı olaraq yenilənəcək və şəhərimizlə əlaqədar bütün vacib xəbərlər sizə çatdırılacaqdır.
Ümidvaram ki, səhifəmizi ziyarət etmək sizə zövq verəcək və maraqlandığınız məlumatları əldə edəcəksiniz, çünki indi Sumqayıt sizə çox daha yaxındır.
Hörmətlə,
Vaqif Əliyev
İcra Hakimiyyəti başçısı

SUMQAYIT ŞƏHƏRİNDƏ İMTİYAZLI ŞƏXSLƏRİN MƏNZİL NÖVBƏSİ SİYAHISI