|
Sumqayıt şəhər yanacaq-energetika sənayesi üzrə ilk sənaye müəssiəsi istehsal gücü 25 MVt-la 1941-ci ildə istismara verilmiş “Sumqayıt İstilik Elektrik Müəssisəsi-1” olub. 1963-cü ildə müəssisənin istehsal gücü artaraq 450 MVt olmuşdur. Sonrakı fəaliyyət dövründə İEM-1-dən saatda 550 tn ayrım buxarı, 340 tn təzə buxar, 100 Hkal/saat həcmində şəhərin istiləşdirilməsi və isti su təchizatı məqsədilə stansiyanın boyler qurğusundan 90-120 dərəcə C hərarətli isti su verilib. Lakin Etilen-Polietilen zavodunda Buxar-Qaz qurğusunun işə salınması və bu zaman ətraf zavodların texnoloji məqsədlərə buxar tələbatının sıfra qədər azaldılması səbəbindən İEM-1 tam kondensasiya rejiminə keçərək şərti yanacağın sərfini 750-800 qr/kvt.s qədər artdığından 2002-ci ildən enerji istehsalını tam dayandırıb. Təməli 12 avqust 2005-ci ildə qoyulmuş yeni yeni Buxar-Qaz – Sumqayıt Elektrik Stansiyası istismara verildikdə onun gücü 517 MVt, illik enerji istehsalı 4150 mln.kvt.s, şərti yanacaq sərfi 234 qr/kvt.s və işçilərin sayı 231 nəfər olacaq. İdarənin adı: Sumqayıt Elektrik Stansiyası Ünvanı: Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 20 Əlaqə telefonu: (018) 648-40-86 Rəhbərin adı: Məmmədov Elçin Mabud oğlu
|