|
İdarənin adı: Sumqayıt Telekommunikasiya Qovşağı Ünvanı: Azərbaycan prospekti 15 Əlaqə telefonu: (018) 642-35-00, 642-00-23 Rəhbərin adı: Əsgərov Akif Səfərxan oğlu Fəaliyyəti haqqında qısa məlumat: Sumqayıt Telekommunikasiya Qovşağı Azərbaycan Respublikası Rabitə Nazirliyinin 1996-cı il tarixli əmri ilə yaradılıb. Müəssisə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sisteminə daxildir, “Aztelekom” İstehsalat Birliyinin müstəqil strukturlu təsərrüfat vahididir, müstəqil balansa malikdir, tam təsərrüfat hesabı və özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərir. İdarə yerli hakimiyyət orqanlarına, əhaliyə, müəssisə, idarə və təşkilatlara yüksək keyfiyyətli və fasiləsiz rabitə xidməti göstərir. Sumqayıt Telekommunikasiya Qovşağında 8 Avtomat Telefon Stansiyası mövcuddur. Ümumi tutumu 54892 ədəd, istifadə tutumu 54604 ədəddir. O cümlədən, elektron avtomat telefon stansiyaları 4, tutumu 24992 ədəddir. Hazırda idarədə 278 nəfər işçi çalışır.
|