|
İdarənin adı: “Azəriqaz” QSC, “Təbii Qazın Qəbulu və Satışı” MMC-nin Sumqayıt Qaz İstismar İdarəsi Ünvanı: məhəllə 40a Əlaqə telefonu: (018) 642-09-48, 642-09-61, 642-09-64 Rəhbərin adı: Zeynalov Eldar Həbib oğlu Fəaliyyəti haqqında qısa məlumat: Sumqayıt Qaz İstismar İdarəsi Sumqayıt Qaz Paylama stansiyasından alınan təbii qazla Qaz İstismar İdarəsinin balansında olan qaz şəbəkəsi (qaz kəmərləri, qaz tənzimləyici şkaflar və s. qurğular) vasitəsilə Sumqayıt şəhərinin, ətraf yaşayış sahələrinin əhali abonentlərinin və qeyri-əhali sektorunun təchiz olunmasını təmin edir. Fəaliyyət prosesində qaz təchizatı şəbəkəsinə texniki xidmət və onların təmiri yerinə yetirilir.Ümumilikdə şəhər üzrə sayğaclaşdırılmış mənzilərin sayı 66542 -ə çatmışdır. Bununla da təbii qazdan istifadə edən əhali 10 faiz qaz sayğacı ilə təmin edilmişdir. Hazırda idarə tərəfindən bu sayğacların daha müasir, öncədən ödəniş sistemini həyata keçirən elektron tipli “Smart-Kart” markalı sayğaclarla əvəz edilməsi işləri aparılır. Bu məqsədlə şəhərdə 2870 ədəd elektron tipli “Smart-Kart” markalı sayğac quraşdırılıb.
|