ana səhifə əlaqə
 
  az   ru   en
İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyəti Başçısının Aparatı Şəhər Haqqında

LİNKLƏR
 

Sumqayıt bələdiyyəsi

 
Sumqayıt bələdiyyəsi 12 dekabr 1999-cu il tarixdə yaranmışdır. Ərazisi 7829,80 hektardır. Əhalisi 269,5 min nəfərdir. Bələdiyyənin xidmət göstərdiyi ərazidə 50 min nəfərə yaxın qaçqın və məcburi köçkün əhali məskunlaşmışdır.

Bələdiyyə İcra aparatı əməkdaşlarının sayı 82 nəfərdir. Bələdiyyə üzvlərinin sayı 18-dir. Bələdiyyə sədri Əbülfəz Babayev, sədr müavini Akif Kərimovdur. Bələdiyyənin İcra aparatının 7 şöbəsi, 2 bölməsi var:
    Ümumi şöbə
    Təşkilat şöbəsi
    Yerli vergilər şöbəsi
    Memarlıq və tikinti şöbəsi
    Maliyyə və mühasibatlıq şöbəsi
    Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsi
    Hüquq şöbəsi
    Bağ təsərrüfatı bölməsi
    Avtodayanacaqlar bölməsi

 
Sumqayıt bələdiyyəsinin 6 daimi komissiyaları var:
    Yerli büdcə məsələləri daimi komissiyası
    Yerli sosial məsələləri daimi komissiyası
    Yerli iqtisadi inkişaf və yerli ekologiya məsələləri daimi komissiyası
    Bələdiyyə və şəhər təsərrüfatı məsələləri daimi komissiyası
    İctimai və qeyri-hökumət təşkilatları məsələləri daimi komissiyası
    Hüquq və intizam məsələləri daimi komissiyası

Bələdiyyənin təsərrüfat obyektləri Təmir-tikinti müəssisəsi və Bələdiyyə parkıdır. Bələdiyyənin ərazisində fəaliyyət göstərən Məhəllə komitələrinin sayı 100, məhəllə komitələri üzvlərinin sayı isə 1016 nəfərdir. Sumqayıt şəhər bələdiyyəsi 2006-cı   ildən Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının üzvüdür.

Sumqayıt bələdiyyəsinin İstanbul şəhərinin Eminönü bələdiyyəsi (2002), Çin Xalq Respublikasının Cəncin şəhəri (2004) və Şimali Kipr Respublikasının Tatlısu bələdiyyəsi (2005) ilə əməkdaşlıq əlaqələri qurmuşdur.

Bələdiyyə büdcəsinin gəlirləri: (2006-cı il üçün)    970 727 man.
Bələdiyyə büdcəsinin xərcləri (2006-cı il üçün)    968 545 man.


HEYDƏR ƏLİYEV

Əziz dostlar!
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olaraq sizi Sumqayıt şəhərinin internet səhifəsində salamlayır və vaxt ayırıb səhifəmizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Zənnimcə, Sumqayıtın fürsətlər şəhəri olduğunu söyləsəm səhv etmərəm və ümid edirəm ki, internet səhifəmizdəki geniş məlumatlarla tanış olsanız siz də mənimlə razılaşacaqsınız. Burada siz Sumqayıtın tarixi, elmi, mədəniyyəti və eləcə də iqtisadiyyatı , ticarəti, investisiya imkanları və şəhərimizin gələcək inkişaf perspektivləri haqqında informasiya əldə edə bilərsiniz.
Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, səhifəmiz davamlı olaraq yenilənəcək və şəhərimizlə əlaqədar bütün vacib xəbərlər sizə çatdırılacaqdır.
Ümidvaram ki, səhifəmizi ziyarət etmək sizə zövq verəcək və maraqlandığınız məlumatları əldə edəcəksiniz, çünki indi Sumqayıt sizə çox daha yaxındır.
Hörmətlə,
Vaqif Əliyev
İcra Hakimiyyəti başçısı

SUMQAYIT ŞƏHƏRİNDƏ İMTİYAZLI ŞƏXSLƏRİN MƏNZİL NÖVBƏSİ SİYAHISI