ana səhifə əlaqə
 
  az   ru   en
İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyəti Başçısının Aparatı Şəhər Haqqında

LİNKLƏR
 

"Sukanal" Törəmə Səhmdar Cəmiyyəti

İdarənin adı:      Sumqayıt “Sukanal” Törəmə Səhmdar Cəmiyyəti

Ünvanı:               19-cu məhəllə

Əlaqə telefonu:   (018) 642-98-97, 645-54-07, 645-56-24,  645-59-92

Rəhbərin adı:      Əsədov Müşviq Nadir oğlu 

Fəaliyyəti haqqında qısa məlumat:

Sumqayıt “Sukanal” Törəmə Səhmdar Cəmiyyəti əvvəllər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin tərkibində fəaliyyət göstərib. Əhali artımı və sənaye zonasının genişlənməsi ilə əlaqədar olaraq Azərbaycan SSR Mənzil Komunal Təsəsrrüfatı Nazirliyinin 09.02.1959-cu il tarixli əmri ilə Sumqayıt “Sukanal” İdarəsi yaradılıb. 1986-cı ildə Sumqayıt “Sukanal” İdarəsi “Azərsukanltəmir” İstehsalat Birliyinin tərkibinə tabe edilib. 1994-cü ildə idarə “Sumqayıt şəhər su təchizatı və kanalizasiya şəbəkələri istismar-istehsal müəssisəsi” adı altında dövlət müəssisəsinə çevrilib. 2001-ci ildə isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamı ilə müəssisənin hüquqi statusu saxlanılmaqla Abşeron Regional Su Cəmiyyətinin (hazırda “Azərsu” SC) tabeliyinə verilib.Ümumilikdə şəhərdə mövcud olan 270 km-ə yaxın kanalizasiya şəbəkəsinə, 300 km-ə yaxın su xəttinə və 90 içməli su nasosxanasına 320 nəfərdən çox işçi qulluq edir. İdarə tərəfindən “Sumqayıt şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin 2003-2015-ci illərdə inkişaf proqramı” hazırlanmış və hazırda bu proqram uğurla həyata keçirilir. 


HEYDƏR ƏLİYEV

Əziz dostlar!
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olaraq sizi Sumqayıt şəhərinin internet səhifəsində salamlayır və vaxt ayırıb səhifəmizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Zənnimcə, Sumqayıtın fürsətlər şəhəri olduğunu söyləsəm səhv etmərəm və ümid edirəm ki, internet səhifəmizdəki geniş məlumatlarla tanış olsanız siz də mənimlə razılaşacaqsınız. Burada siz Sumqayıtın tarixi, elmi, mədəniyyəti və eləcə də iqtisadiyyatı , ticarəti, investisiya imkanları və şəhərimizin gələcək inkişaf perspektivləri haqqında informasiya əldə edə bilərsiniz.
Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, səhifəmiz davamlı olaraq yenilənəcək və şəhərimizlə əlaqədar bütün vacib xəbərlər sizə çatdırılacaqdır.
Ümidvaram ki, səhifəmizi ziyarət etmək sizə zövq verəcək və maraqlandığınız məlumatları əldə edəcəksiniz, çünki indi Sumqayıt sizə çox daha yaxındır.
Hörmətlə,
Vaqif Əliyev
İcra Hakimiyyəti başçısı

SUMQAYIT ŞƏHƏRİNDƏ İMTİYAZLI ŞƏXSLƏRİN MƏNZİL NÖVBƏSİ SİYAHISI