ana səhifə əlaqə
 
  az   ru   en
İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyəti Başçısının Aparatı Şəhər Haqqında

LİNKLƏR
 

Əhalinin Sosial Müdafiəsi Mərkəzi

İdarənin adı:      Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi

Ünvanı:              9-cu mikrorayon, ev 64

Əlaqə telefonu:   (018) 642-01-68, 642-20-63

Rəhbərin adı:      Axundov Ağarza Qulam oğlu 

Fəaliyyəti haqqında qısa məlumat: 

Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi 1953-cü ildə yaradılıb. Idarənin fəaliyyəti əsasən aşağıdakılardan ibarətdir: 

-          Uşaqlıqdan əlil olan vətəndaşlara sosial müavinətlərin təyin olunması və ödənilməsi;

-         Ünvanlı sosial yardımın təyin olunması üçün şəhər əhalisi arasında aztəminatlı ailələrin axtarıb tapılması istiqamətində işlərin aparılması;

-         İşləməyən ümumi xəstəliyə görə əlil olmuş vətəndaşlara sosial müavinətin təyin olunması və ödənilməsi;

-         İşləməyən vətəndaşlara qocalığa görə sosial pensiyanın təyin olunması və ödənilməsi;

-         Şəhid, Qarabağ müharibəsi, həqiqi hərbi xidmətdə olan, Çernobl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın ləğvində iştirak etmiş və əlil olmuş, işləməyən ailə başçısını itirmiş vətəndaşların uşaqlarına sosial müavinətlərin təyin olunması və ödənilməsi;

-         Çernobl AES –da baş vermiş qəzanın ləğvində iştirak etmiş və əlil olmuş vətəndaşlara müalicə üçün birdəfəlik yardımın ödənilməsi;

-         Təzə doğulmuş uşaqlara görə birdəfəlik yardımın ödənilməsi;

-         Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Respublikanın suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlər nəticəsində əlil olmuş, Çernobl AES-də baş vermiş qəzanın ləğvində hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş, döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcunu yerinə yetirərkən sağlamlığını itirərək əlil olmuş vətəndaşlara və şəhid ailələrinə təyin olunmuş təqaüdlərin ödənilməsi;

-         Yerli İcra Hakimiyyəti orqanlarının müvafiq strukturları ilə birgə şəhər ərazisində yaşayan tənha, ahıl vətəndaşların və I, II qrup tənha əlillərin müəyyən edilməsi və onlara evlərində sosial-məişət xidmətlərinin göstərilməsi;

-         Şəhid ailələrinə, əlillərə şəhidlik və əlillik vəsiqəsinin verilməsi;

-         Avtomobili pulsuz almağa hüququ olan və növbədə duran əlillərə avtomobil verilmədikdə onlara ildə 2 dəfə nəqliyyat xərclərinin verilməsi;

-         Əlillərin, ikinci dünya müharibəsi iştirakçılarının, şəhid ailələrinin, Çernobl AES-də qəzanın nəticələrinin ləğv edilməsində iştirak etmiş və əlil olmuş vətəndaşların sanotoriya-kurort müalicəsi ilə təmin olunması;

-         Sosial-məişət xidməti göstərilən qoca və əlillərdən internat evlərinə ehtiyacı olanları müəyyənləşdirmək və onlara lazımı sənədlərin toplanmasında köməklik etməklə onları həmin internat evlərinə göndərmək;

-         Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərinə sosial müavinətlərin ödənilməsi. 

Hazırda idarədə 118 nəfər işçi çalışır.


HEYDƏR ƏLİYEV

Əziz dostlar!
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olaraq sizi Sumqayıt şəhərinin internet səhifəsində salamlayır və vaxt ayırıb səhifəmizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Zənnimcə, Sumqayıtın fürsətlər şəhəri olduğunu söyləsəm səhv etmərəm və ümid edirəm ki, internet səhifəmizdəki geniş məlumatlarla tanış olsanız siz də mənimlə razılaşacaqsınız. Burada siz Sumqayıtın tarixi, elmi, mədəniyyəti və eləcə də iqtisadiyyatı , ticarəti, investisiya imkanları və şəhərimizin gələcək inkişaf perspektivləri haqqında informasiya əldə edə bilərsiniz.
Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, səhifəmiz davamlı olaraq yenilənəcək və şəhərimizlə əlaqədar bütün vacib xəbərlər sizə çatdırılacaqdır.
Ümidvaram ki, səhifəmizi ziyarət etmək sizə zövq verəcək və maraqlandığınız məlumatları əldə edəcəksiniz, çünki indi Sumqayıt sizə çox daha yaxındır.
Hörmətlə,
Vaqif Əliyev
İcra Hakimiyyəti başçısı

SUMQAYIT ŞƏHƏRİNDƏ İMTİYAZLI ŞƏXSLƏRİN MƏNZİL NÖVBƏSİ SİYAHISI