ana səhifə əlaqə
 
  az   ru   en
İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyəti Başçısının Aparatı Şəhər Haqqında

LİNKLƏR
 

Sumqayıt şəhər Dövlət Rəsm Qalereyası

1967-ci ildə daha bir mədəniyyət obyekti – Sumqayıt Şəhər Sərgi Salonu təsis edildi. 1981-ci ilə qədər Azərbaycan Rəsmlər Qalereyasının filialı kimi fəaliyyət göstərmiş, elə həmin il , dekabrın 31-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 583 saylı sərəncamı ilə Sumqayıt Dövlət Rəsm Qalereyası statusu almışdır. Qalereyanın fonunda 280 rəsm əsəri var. Yarandığı gündən bu günə qədər Sumqayıt Rəsm Qalereyasında Azərbaycan təsviri incəsənətinin inkişafında mühüm rolu olan bir çox xalq rəssamlarının, həvəskar rəssamların, xarici ölkə rəssamlarının fərdi sərgiləri nümayiş olunur.
1968-ci il aprelin 7-də Azərbaycan xalq rəssamları N.Əbdürrəhmanov və T.Salahovun ilk bədii sərgiləri açılmışdır. 1970-80-cı illərdə nümayiş olunan SSRİ xalq rəssamı M.Abdullayev, Azərbaycan xalq rəssamı B.Əfqanlı, əməkdar rəssam H.Zeynalovun fərdi sərgiləri maraqla izlənilmişdir. Rumuniyanın Arçeş vilayətindən, Almaniyanın Lüdviqshafen, İsrailin Yerusəlim şəhərindən gətirilmiş rəsm əsərlərinin  nümayişi dost ölkələrin mədəniyyəti, incəsənət adət-ənənələri və s. ilə tanışlığa imkan yaradır.

Son illər Sumqayıt Dövlət Rəsm Qalereyasında nümayiş olunan sərgilər mövzuca daha rəngarəng olması ilə seçilir. “Sumqayıt – doğma şəhərim mənim”, “Narkomaniya - əsrimizin bəlasıdır” mövzularında tərtib olunmuş sərgilər, III Respublika karikatura sərgisi, Azərbaycanda məskunlaşan məcburi köçkün uşaqların rəsm əsərlərindən, məktəblilərin dekorativ – tətbiqi sənət sahəsinə aid olan əl işlərindən ibarət olan sərgilər və s. maraq doğurmaya bilmir. İstər əlamətdar günlər – “18 Oktyabr-Dövlət Müstəqilliyi Günü”, “17 Noyabr-Dirçəliş Günü”, “15 İyun-Qurtuluş Günü”, ”31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” ilə bağlı, istərsə də tarixə qanla yazılmış günlər – “20 Yanvar”, “Xocalı” faciəsi, “31 Mart – Azərbaycanın soyqırımı günü” ilə bağlı tərtib olunmuş sərgilər ənənəvi olaraq hər il  qeyd olunur. Sumqayıt Dövlət Rəsm Qalereyası bu gün də öz işini inamla davam etdirir.


HEYDƏR ƏLİYEV

Əziz dostlar!
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olaraq sizi Sumqayıt şəhərinin internet səhifəsində salamlayır və vaxt ayırıb səhifəmizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Zənnimcə, Sumqayıtın fürsətlər şəhəri olduğunu söyləsəm səhv etmərəm və ümid edirəm ki, internet səhifəmizdəki geniş məlumatlarla tanış olsanız siz də mənimlə razılaşacaqsınız. Burada siz Sumqayıtın tarixi, elmi, mədəniyyəti və eləcə də iqtisadiyyatı , ticarəti, investisiya imkanları və şəhərimizin gələcək inkişaf perspektivləri haqqında informasiya əldə edə bilərsiniz.
Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, səhifəmiz davamlı olaraq yenilənəcək və şəhərimizlə əlaqədar bütün vacib xəbərlər sizə çatdırılacaqdır.
Ümidvaram ki, səhifəmizi ziyarət etmək sizə zövq verəcək və maraqlandığınız məlumatları əldə edəcəksiniz, çünki indi Sumqayıt sizə çox daha yaxındır.
Hörmətlə,
Vaqif Əliyev
İcra Hakimiyyəti başçısı

SUMQAYIT ŞƏHƏRİNDƏ İMTİYAZLI ŞƏXSLƏRİN MƏNZİL NÖVBƏSİ SİYAHISI