|
İdarənin adı: Sumqayıt şəhər Dezinfeksiya stansiyası Ünvanı: 22-ci məhəllə, Natavan küçəsi 30 Əlaqə telefonu: (018) 649-38-56 Rəhbərin adı: Əsədov Tariyel Tofiq oğlu Fəaliyyəti haqqında qısa məlumat: Sumqayıt şəhər Dezinfeksiya stansiyası 1994-cü il avqust ayının 1-dən etibarən fəaliyyət göstərir. İdarə şəhərdə qeydə alınan yoluxucu xəstəliklər şöbəsinə evakuasiya etməkdən, yoluxucu xəstəlik aşkar olunan ocaqlarda (mənzillərdə) tamamlayıcı dezinfeksiyanın aparılmasından, yoluxucu xəstələrin yataq və geyim əşyalarını kamera dezinfeksiyasından keçirmək, hospitalizasiya olunmayan ocaqlarda müalicə müəssisələri tərəfindən aparılan cari dezinfeksiyanın keyfiyyətini instrumental-laborator metodlarla yoxlamaqdan, müalicə-profilaktika, uşaq məktəbəqədər müəssisələrində aparılan cari dezinfeksiya və sterilizasiya işlərinə nəzarətdən, yoluxucu xəstəlik keçirmiş şəxsləri sanitar təmizləmədən keçirməkdən ibarətdir.Hazırda idarədə 83 işçi çalışır.
|