ana səhifə əlaqə
 
  az   ru   en
İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyəti Başçısının Aparatı Şəhər Haqqında

LİNKLƏR
 

Şəhər Poçtamtı

İdarənin adı:      Sumqayıt şəhər Poçtamtı

Ünvanı:           Azərbaycan prospekti 15

Əlaqə telefonu:   (018) 645-22-03

Rəhbərin adı:      Siraczadə Vaqif 

Fəaliyyəti haqqında qısa məlumat:                    

“Azərpoçt” –un filialı olan Sumqayıt şəhər Poçtamtının 13 poçt şöbəsi fəaliyyət göstərir. Onlardan ikisi Corat və H.Zeynalabdin qəsəbə poçt şöbələridir. Poçt şöbələri əhali və idarə-müəssisələrə geniş çeşiddə, yəni 45-ə yaxın ənəvi və qeyri-ənənəvi poçt xidmətləri göstərir. Şəhərlərarası və beynəlxalq danışıq, sadə və sifarişli, qiymətli məktub, banderol, bağlama, teleqram, barat, şəhərlərarası danışıq, abunə, qaz, enerji, su haqlarının qəbulu və s. kimi xidmətlər gündəlik əhaliyə göstərilən xidmətlərdəndir. Əməliyyatların aparılmasının avtomatlaşdırılması məqsədilə bütün poçt şöbələri texniki vasitələrlə (kompyuter, elektron tərəzi, faks aparatları)  tam təmin edilmişdir. Dünya Bankının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə layihəsinə əsasən Poçtamtda və onun poçt şöbələrində struktur islahatları aparılır. Poçt şöbələrinin estetik təmir edilməsinə başlanmışdır. Dünya Bankının xətti ilə görülən işlər, Sumqayıt şəhərində əhali və idarə-müəssisələrə geniş çeşiddə, yüksək səviyyədə poçt rabitəsi xidmətləri göstərməyə imkan verəcəkdir. Sumqayıt Poçtamtı “Azərpoçt” DM-nin ən qabaqcıl müəssisəsi kimi, birgə layihənin həyat keçirilməsində də birincilər sırasındadır.Belə ki, PŞ-də maliyyə xidmətlərinin göstərilməsi üçün respublikada Bakı şəhərindən sonra ilk olaraq 9, 11 saylı və Mərkəzi Poçt Şöbələri üçün əlavə, xüsusi əhəmiyyətli kompyuterlər alınaraq quraşdırılmışdır. İnformasiya Texnologiyalarının Poçtamtda geniş tətbiqi işin sürətini və keyfiyyətini xeyli artırmışdır.    


HEYDƏR ƏLİYEV

Əziz dostlar!
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olaraq sizi Sumqayıt şəhərinin internet səhifəsində salamlayır və vaxt ayırıb səhifəmizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Zənnimcə, Sumqayıtın fürsətlər şəhəri olduğunu söyləsəm səhv etmərəm və ümid edirəm ki, internet səhifəmizdəki geniş məlumatlarla tanış olsanız siz də mənimlə razılaşacaqsınız. Burada siz Sumqayıtın tarixi, elmi, mədəniyyəti və eləcə də iqtisadiyyatı , ticarəti, investisiya imkanları və şəhərimizin gələcək inkişaf perspektivləri haqqında informasiya əldə edə bilərsiniz.
Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, səhifəmiz davamlı olaraq yenilənəcək və şəhərimizlə əlaqədar bütün vacib xəbərlər sizə çatdırılacaqdır.
Ümidvaram ki, səhifəmizi ziyarət etmək sizə zövq verəcək və maraqlandığınız məlumatları əldə edəcəksiniz, çünki indi Sumqayıt sizə çox daha yaxındır.
Hörmətlə,
Vaqif Əliyev
İcra Hakimiyyəti başçısı

SUMQAYIT ŞƏHƏRİNDƏ İMTİYAZLI ŞƏXSLƏRİN MƏNZİL NÖVBƏSİ SİYAHISI