|
İdarənin adı: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi Ünvanı: 9-cu mikrorayon Əlaqə telefonu: (018)648-40-57, 648-45-04, 648-40-03, 648-40-47(faks) Rəhbərin adı: Fərəcov Nazim Fərəc oğlu Fəaliyyəti haqqında qısa məlumat: Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəhər ərazisində yerləşən və fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, kooperativ və firmalar, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan bütün fiziki şəxslərin təsərrüfat subyekti kimi Dövlət Sosial Müdafiə Fondunda qeydiyyata alınmasını və qanuna uyğun olaraq məcburi sosial suğorta haqqının hesablanmasını, hesablanmış vəsaitin fondun hesabına vaxtında köçürülməsini təşkil etməklə yanaşı məcburi sosial sığorta hesabına yığılmış vəsaitin aztəminatlı ailələrin pensiya və müavinətlərin vaxtında ödənilməsini təmin edir. Bundan əlavə idarə məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürən vəsaiti hesabına ödənilən vəsaitin hazırlanması və ödənilməsini təmin edir. İdarədə vətəndaşlara pensiya təyin edilir və ödənilir.
|