ana səhifə əlaqə
 
  az   ru   en
İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyəti Başçısının Aparatı Şəhər Haqqında

LİNKLƏR
 

Metallurgiya

"Azərboru" ASC

"Azərboru" ASC (keçmiş V.I.Lenin adına Azərbaycan boruyayma zavodu) Böyük Vətən Müharibəsinin qurtardıqdan sonra tikilməyə başlamışdır. 1947-ci ildə Moskva şəhərindəki “Qipromez” institutunun layihəsi əsasında Sverdlovskda yerləşən “Uralmaş” zavodunun avadanlıqları ilə Boruyayma aqreqatı 140 tikilmişdir. 1952-ci il dekabrın 31-də birinci Azərbaycan polad borusu yayılmışdır. 31 dekabr 1952-ci il zavodun yaranma tarixi sayılır. Sonralar daha 2 ədəd boruyayma aqreqatı, 2 ədəd pəstahyayma aqreqatı, 6 ədəd poladəridən Marten sobaları tikilib istismara verilmişdir. Sözügedən aqreqatlar 1960-cı ilə qədər tikilib işə buraxılmışdır.

Metallurgiya şirkətinin Prezidentinin sərəncamı əsasında 01.06.1993-cü ildə V.I.Lenin adına “Azərbaycan Boru-yayma zavodu” “Azərboru” Istehsal Birliyi adlandırılmışdır. 1998-ci ilin 19 may Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərboru” Istehsalat Birliyi eyni adlı Açıq Tipli Səhmdar Cəmiyyətə çevrildi və Dövlət Əmlak Komitəsinə özəlləşdirilməyə çıxarıldı. 07.01.2003-cü ildən “Azərboru” Açıq Səhmdar Cəmiyyəti adlanır. Hazırda müəssisəyə kənardan gətirilən boru pəstahlardan boru istehsal olunur və hazır boruların emal olunması işləri aparılır.


«Azəralüminium» ASC-nin Sumqayıt «Alüminium» istehsal sahəsi

Azərbaycan Kommunist Partiyasının 60 illiyi adına Sumqayıt alüminium zavodu Azərbaycan SSR  əlvan metallurgiya sənayesinin ilk və ən böyük müəssisəsi idi. Tikintisinə 1949-cu ildə (əsas təyinatını müəyyən edən istehsal sexlərinin - elektroliz sexinin və civədüzləndirici yarımstansiyanın tikintisinə 1952-ci ildə) başlanmış, 1955-ci il martın 8-də ilk əlvan metal külçə - ilkin alüminium alınmışdır. 1959-1960-cı illərdə ikinci seriyasının korpusları tikilmiş, 1964-cü ildə elektroliz sexinin alüminium məftil istehsal edən şöbəsi, 1968-ci ildə məişət soyuducuları üçün buxarlandırıcı istehsal edən sexi, 1974-cü ildə  alüminium və latun metallardan qab-qacaq istehsal edən sexi, 1976-cı ildə təkrar alüminium külçəsi istehsal edən sexi, 1977-ci ildə həmin sexin metal tullantılarından latun və mis külçələri istehsal edən şöbəsi işə düşmüşdür. Sumqayıt alüminium zavodu 1997-ci ildən öz fəaliyyətini tam dayandırmışdır. 2000-ci ilin aprel ayından «Azəralüminium» ASC-nin Sumqayıt «Alüminium» istehsal sahəsi adlandırılır. Hazırda müəssisədə ilkin alüminium istehsal edən 4 korpus fəaliyyət göstərir. Hollandiyanın «Fondel Metal Partisipeysnz PLS» 25 il müddətinə «Azəralüminium» ASC-ni idarəetməyə götürmüşdür. Müəssisənin profili elektroliz üsulu ilə   ilkin alüminium istehsalıdır.
HEYDƏR ƏLİYEV

Əziz dostlar!
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olaraq sizi Sumqayıt şəhərinin internet səhifəsində salamlayır və vaxt ayırıb səhifəmizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Zənnimcə, Sumqayıtın fürsətlər şəhəri olduğunu söyləsəm səhv etmərəm və ümid edirəm ki, internet səhifəmizdəki geniş məlumatlarla tanış olsanız siz də mənimlə razılaşacaqsınız. Burada siz Sumqayıtın tarixi, elmi, mədəniyyəti və eləcə də iqtisadiyyatı , ticarəti, investisiya imkanları və şəhərimizin gələcək inkişaf perspektivləri haqqında informasiya əldə edə bilərsiniz.
Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, səhifəmiz davamlı olaraq yenilənəcək və şəhərimizlə əlaqədar bütün vacib xəbərlər sizə çatdırılacaqdır.
Ümidvaram ki, səhifəmizi ziyarət etmək sizə zövq verəcək və maraqlandığınız məlumatları əldə edəcəksiniz, çünki indi Sumqayıt sizə çox daha yaxındır.
Hörmətlə,
Vaqif Əliyev
İcra Hakimiyyəti başçısı

SUMQAYIT ŞƏHƏRİNDƏ İMTİYAZLI ŞƏXSLƏRİN MƏNZİL NÖVBƏSİ SİYAHISI