|
İdarənin adı: Sumqayıt Əmək və Məşğulluq Mərkəzi Ünvanı: 9-cu mikrorayon, ev 71a Əlaqə telefonu: (018) 646-06-78, 642-02-57 Rəhbərin adı: Əliyev Şəfa Tiflis oğlu Fəaliyyəti haqqında qısa məlumat: Sumqayıt şəhər Əmək və Məşğulluq Mərkəzi “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yerlərdə dövlət məşğulluq siyasətini, iş axtaran və işsiz vətəndaşların sosial müdafiəsi sahəsində tədbirləri həyata keçirən dövlət orqanıdır. Mərkəzin əsas fəaliyyəti ərazi “Məşğulluq Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etmək, əmək bazarında vəziyyəti öyrənmək, işçi qüvvəsinə tələb və təklifləri təhlil etmək, əmək ehtiyatlarına, işçi qüvvəsinin hərəkətinə dair proqnoz hazırlamaq, işsiz və işaxtaran vətəndaşları qeydiyyata almaq, onların münasib işlə təmin edilməsini, peşə hazırlığı, yenidən hazırlıq, ixtisasartırma kurslarına, haqqı ödənilən ictimai işlərə cəlb olunmasını həyata keçirmək, müəssisə və təşkilatlarda kvotaya uyğun olaraq müəyyən olunmuş xüsusi iş yerləri hesabına sosial müdafiəyə daha çox ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşları işlə təmin etmək, əhalinin məşğulluğuna dair statistik məlumatları hazırlamaqdan ibarətdir. Hazırda idarədə 10 nəfər işçi çalışır.
|