|
50-ci illərdə sənaye şəhəri kimi inkişaf edən Sumqayıtda Sumqayıt şəhər Mədəniyyət şöbəsinin yaradılması şəhərin mədəni həyatında əlamətdar hadisəyə çevrildi. 1998-ci ildən etibarən, Sumqayıt Şəhər Mədəniyyət İdarəsi kimi fəaliyyət göstərən idarə öz ətrafında 19 filialı əhatə edən Mərkəzləşdirilmiş Kitabxana Sistemini, 14 klub tipli müəssisəni (8 mədəniyyət evi, 6 klub), 3 incəsənət, 2 musiqi məktəbini, Sumqayıtın Tarixi Muzeyini, Sumqayıt Dövlət Rəsm Qalereyasını, Kino-Video Birliyini, Nəsimi adına Mədəniyyət və İstirahət Parkını birləşdirir. Bu mədəni-maarif ocaqlarında 1164 nəfər çalışır. Qeyd olunduğu kimi Sumqayıt Şəhər Mədəniyyət İdarəsinin tabeliyində 6 klub – “Gənclik”, “Veteran”, “Poeziya”, 4 saylı şəhər klubu, 5 saylı şəhər klubu, 6 saylı şəhər klubu və 8 mədəniyyət evi – C.Cabbarlı adına mədəniyyət evi, N.Nərimanov adına mədəniyyət evi, Mərkəzi Şəhər Mədəniyyət evi, “Energetik” mədəniyyət evi, “İnşaatçılar” mədəniyyət evi, “28 may” mədəniyyət evi, “Dostluq” mədəniyyət evi, Corat mədəniyyət evi fəaliyyət göstərir. Şəhər Mədəniyyət İdarəsi nəzdində olan təşkilatlar: - Klublar
- “Gənclik”
- “Veteran”
- “Poeziya”
- 4 saylı şəhər klubu
- 5 saylı şəhər klubu
- 6 saylı şəhər klubu
- Mədəniyyət evləri
- C.Cabbarlı adına mədəniyyət evi
- N.Nərimanov adına mədəniyyət evi
- Mərkəzi Şəhər Mədəniyyət evi
- “Energetik” mədəniyyət evi
- “İnşaatçılar” mədəniyyət evi
- “28 may” mədəniyyət evi
- “Dostluq” mədəniyyət evi
- Corat mədəniyyət evi
|