ana səhifə əlaqə
 
  az   ru   en
İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyəti Başçısının Aparatı Şəhər Haqqında

LİNKLƏR
 

Maşınqayırma

«Sumqayıt kompressorları» ASC

Sumqayıt Kompressorlar Zavodu dəqiq maşınqayırma müəssisəsi olaraq 1971-ci ildə Yaponiyanın “Nippon Electric Industry” şirkətinin lisenziyası və avadanlığı bazasında tikilmiş və 1972-ci ildə istifadəyə verilmişdir. 1988-ci ildə Yaponiyadan 5 milyon ABŞ dolları məbləğində avtomatik və müasir stator yığım xətti alınmış, mexaniki emal sexində quraşdırılaraq istifadəyə verilmişdir. 1988-89-cu illərdə çuqun tökmə sexinin layihə gücünün artırılması məqsədilə Almaniyadan (ADR) yeni avtomatik nəm qəlibləmə xətti alınmış və quraşdırılıb istifadəyə verilmişdir. 1994-cü ilin iyun ayınadək layihə gücü səviyyəsində işləmiş, Çeçenistanda baş verən hadisələrlə bağlı Şimali Qafqaz dəmir yolu bağlandıqdan sonra zavodun öz satış bazarlarını itirməsi nəticəsində fəaliyyətini dayandırmışdır. 1996-cı ildə müəssisədə mövcud olan avadanlıqların əsasında sənaye kompressorları və onların ehtiyat hissələrinin hazırlanmasına başlanılmışdır. 2001-ci ildə BMT-nin İnkişaf Proqramının xətti ilə ekoloji layihəyə əsasən (ozon qatının mühafizəsi) İtaliyanın “Sikplant İnternational” şirkətindən 2 mln. ABŞ dolları məbləğində kompüterlə idarə olunan avadanlıqlar alınaraq müəssisədə quraşdırılmışdır. 2001-ci ildə Açıq Səhmdar Cəmiyyətə çevrilmişdir. Səhmlərin 98.96 faizi Dövlət Əmlakının idarə Edilməsi üzrə Dövlət Komitəsinə, 1.04 faizi əmək kollektivinə məxsusdur.

Zavod paytaxt Bakı şəhərindən 46 km şimalda, Xəzər dənizinin sahilində yerləşir. Ümumi sahəsi 17.6 ha (175620 m²), istehsal sahəsi isə 6.6 ha (66225 m²) təşkil edir. Müəssisənin istehsal sahəsi 6 əsas və 7 köməkçi sexdən ibarətdir:

Əsas sexlər:

Metal-tökmə sexi
Ştamplama sexi
Mexaniki emal sexi
Elektrik mühərrikləri sexi
Rele-Qalvanik-Örtük Sexi
Yığma sexi

Köməkçi sexlər:

Alət sexi
Mexaniki təmir sexi
Elektrik sexi
Buxar-güc sexi
Nəqliyyat-Dəmir yolu sexi
Tikinti-təmir sexi

Məişət təsərrüfatı sexi Müəssisə dəqiq maşınqayırma müəssisəsi kimi məişət soyuducuları və dondurucuları üçün motor-kompressor üzrə layihələndirilmişdir. Layihə gücü 1 milyon ədəd/il kompressor, Layihə gücündə işçilərin sayı: 1759 nəfər təşkil edir. Əsas məhsulları məişət soyuducuları üçün kompressor, Relelər və sənaye kompressorlarıdır. Kompressorlar istehsalı dayandıqdan sonra müəssisədə müxtəlif metallurgiya və maşınqayırma avadanlıqlarının təmiri və istehsalı mənimsənilmişdir. Son illərdə zavod nasos və digər qurğuların istehsalı və təmiri, onların ehtiyat hissələrinin hazırlanması üzrə fəaliyyət göstərmişdir. Hazırda zavodda 176 nəfər çalışır, orta aylıq əmək haqqı 80 manatdır.
HEYDƏR ƏLİYEV

Əziz dostlar!
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olaraq sizi Sumqayıt şəhərinin internet səhifəsində salamlayır və vaxt ayırıb səhifəmizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Zənnimcə, Sumqayıtın fürsətlər şəhəri olduğunu söyləsəm səhv etmərəm və ümid edirəm ki, internet səhifəmizdəki geniş məlumatlarla tanış olsanız siz də mənimlə razılaşacaqsınız. Burada siz Sumqayıtın tarixi, elmi, mədəniyyəti və eləcə də iqtisadiyyatı , ticarəti, investisiya imkanları və şəhərimizin gələcək inkişaf perspektivləri haqqında informasiya əldə edə bilərsiniz.
Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, səhifəmiz davamlı olaraq yenilənəcək və şəhərimizlə əlaqədar bütün vacib xəbərlər sizə çatdırılacaqdır.
Ümidvaram ki, səhifəmizi ziyarət etmək sizə zövq verəcək və maraqlandığınız məlumatları əldə edəcəksiniz, çünki indi Sumqayıt sizə çox daha yaxındır.
Hörmətlə,
Vaqif Əliyev
İcra Hakimiyyəti başçısı

SUMQAYIT ŞƏHƏRİNDƏ İMTİYAZLI ŞƏXSLƏRİN MƏNZİL NÖVBƏSİ SİYAHISI