ana səhifə əlaqə
 
  az   ru   en
İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyəti Başçısının Aparatı Şəhər Haqqında

LİNKLƏR
 

"Küçə işıqları" təsərrüfat hesablı xidmət sahəsi

«Küçə işıqları» Təsərrüfat Hesablı Xidmət Sahəsi 2000-ci ilin sentyabr ayından ümummilli liderimiz Heydər Əliyev cənablarının fərmanı ilə yaradılmışdır. İdarənin xidmət sahəsi Sumqayıt şəhərini, Corat, Kimyaçılar və H.Z.Tağıyev qəsəbələrini əhatə edir. Adı gedən xidmət sahələri, yəni küçə və prospektlərimizin işıqlandırılması ilə bərabər idarəmiz tərəfindən bir çox küçələrdə yenidən qurma və abadlıq işləri aparılmışdır. Həmin işlər bu gün də davam etdirilir. Ulu öndərimiz Heydər Əliyev cənabları 2003-cü il aprel tarixində Sumqayıt şəhərinə gəldikdən sonra şəhərimizin bütün sahələrində olduğu kimi bizim də idarədə bir çox dəyişikliklər olmuşdur. Belə ki, şəhərimizin bir çox küçə, prospekt və meydanlarının işıqlandırılması üçün yeni, müasir tipli elektrik fənərləri ilə birlikdə Avropa standartlarına uyğun dəmir dirəklər alınıb həmin adı gedən yerlərdə quraşdırılmışdır.Bu da şəhərimizin daha da işıqlı olmasına və gözəlləşməsinə səbəb olmuşdur.
İdarəmiz gündüz işçilərindən və növbətçi personaldan ibarətdir.
    «Küçə işıqları» gecə saatlarında avtomatika vasitəsi ilə qoşulduqdan sonra gecə növbətçiləri tərəfindən hər gün yoxlanılır, küçəyə baxış keçirilir və yaranmış nasazlıq olarsa o dərhal növbətçilər tərəfindən aradan qaldırılır. Elektrik enerjisinə qənaət etmək idarəmizin tədbirlər planında öz əksini tapmışdır. Küçələrimizin qidalandığı yarımstansiyalarda yerləşən 0,4 kv-luq paylayıcı şkaflarda müvafiq elektron qurğular quraşdırılmışdır. Həmin qurğunun vasitəsilə küçə işıqları gecə yarıdan sonra olan saatlarda qənaət rejiminə yəni 3/1 –nə keçir. İdarəmizin planları boyükdür, belə ki, möhtərəm prezidentimiz İlham Əliyev cənablarının 2004-2008-ci il inkişaf proqramına əsasən bizim də idarə tərafindən şəhərimizin bütün küçələrinin işıqlandırılması nəzərdə tutulmuşdur.


HEYDƏR ƏLİYEV

Əziz dostlar!
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olaraq sizi Sumqayıt şəhərinin internet səhifəsində salamlayır və vaxt ayırıb səhifəmizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Zənnimcə, Sumqayıtın fürsətlər şəhəri olduğunu söyləsəm səhv etmərəm və ümid edirəm ki, internet səhifəmizdəki geniş məlumatlarla tanış olsanız siz də mənimlə razılaşacaqsınız. Burada siz Sumqayıtın tarixi, elmi, mədəniyyəti və eləcə də iqtisadiyyatı , ticarəti, investisiya imkanları və şəhərimizin gələcək inkişaf perspektivləri haqqında informasiya əldə edə bilərsiniz.
Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, səhifəmiz davamlı olaraq yenilənəcək və şəhərimizlə əlaqədar bütün vacib xəbərlər sizə çatdırılacaqdır.
Ümidvaram ki, səhifəmizi ziyarət etmək sizə zövq verəcək və maraqlandığınız məlumatları əldə edəcəksiniz, çünki indi Sumqayıt sizə çox daha yaxındır.
Hörmətlə,
Vaqif Əliyev
İcra Hakimiyyəti başçısı

SUMQAYIT ŞƏHƏRİNDƏ İMTİYAZLI ŞƏXSLƏRİN MƏNZİL NÖVBƏSİ SİYAHISI