|
İstər gənc nəslin, istərsə də yaşlı nəslin asudə vaxtının səmərəli keçməsi üçün şəhərimizdə 1974-cü ildən etibarən kütləvi kitabxanaları özündə birləşdirən Mərkəzləşdirilmiş Kitabxana Sistemi fəaliyyət göstərir. Sumqayıt şəhər MKS-ə 20 dövlət kitabxanası – S. Vurğun adına mərkəzi şəhər, 13 böyük, 1 gənclər, 4 uşaq kitabxanası və N.Gəncəvi adına uşaq kitabxana-klub daxildir. MKS-ə Svetlana Ağayeva rəhbərlik edir. Sumqayıtda kitabxana quruculuğu sahəsində 40 illik əmək fəaliyyəti müddətində İttifaq və Respublika Mədəniyyət Nazirliyinin, Sumqayıt şəhər rəhbərliyinin Fəxri Fərman və Diplomları ilə təltif olunub. «SSRİ Mədəniyyət əlaçısı» döş nişanı, «Rəşadətli əməyə görə» yubiley medalı, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Bürünc medalı, Sumqayıt şəhərinin quruculuğunda fəal iştirakına görə Tərəqqi medalı və digər mükafatlar alıb. MKS-nin 2005-ci ilin sonuna 622866 nüsxə fondu olmuşdur ki, bunun 279051 nüsxəsi Azərbaycan, 343815 nüsxəsi digər dillərdədir. Latın qrafikalı ədəbiyyat 24325 nüsxədir. Fondun 561872 nüsxəsi kitab, 28530 nüsxəsi kitabça, 32464 nüsxəsi jurnaldır. Elm sahələri üzrə fondun tərkibi: ictimai, siyasi ədəbiyyat 110728, təbiət elmləri 49577, texnika, kənd təsərrüfatı 32452, idman, incəsənət 27624, filologiya, bədii ədəbiyyat 402485 nüsxə olmuşdur. 2005-ci ildə MKS-ə 25 adda qəzet, 19 adda jurnal daxil olmuşdur. Əhalini fəal mütaliəyə cəlb etmək, siyasi, iqtisadi, hərbi durumumuzu, tariximizi, mədəniyyət və incəsənətimizi geniş oxucu kütlələri arasında təbliğ etmək məqsədilə 1638 kütləvi tədbir keçirilmişdir. Bu tədbirlərdə 19853 oxucu iştirak etmiş və oxuculara 11712 nüsxə ədəbiyyat verilmişdir. Sistem kitabxanaları daha geniş oxucu kütlələrini kitabxanalara cəlb etmək məqsədilə işini Sumqayıt Dövlət Universiteti, Ağsaqqallar və Veteranlar şurası, Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsi, Sumqayıt Təhsil Şöbəsi, Əli Kərim adına Poeziya klubu, Sumqayıt şəhər Mədəniyyət Evi, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Birliyi, H. Ərəblinski adına Sumqayıt Musiqili Dövlət Dram Teatrı, və digər mədəni-maarif müəssisələri ilə əlaqəli həyata keçirir. MKS-də maraqlı və yaddaqalan tədbirlər keçirilmişdir. Azərbaycan Respublikasının əbədiyaşar lideri H.Əliyevin anım günü ilə əlaqədar «Dünya şöhrətli siyasi xadim» adlı oxucu konfransı, konstitusiyamızın 10 illiyi ilə əlaqədar keçirilən « Böyük hüquqlar və vəzifələr qanunu» adlı konfransı, vətənpərvərlik mövzusunda «Vətənim. Anam. Dilim.» almanaxının təqdimatını, «Azərbaycanın Milli qəhrəmanları» adlı xatirə gününü, Qələbə günü ilə əlaqədar Mərkəzi kitabxanada və 12 saylı kitabxanada keçirilən veteranlarla görüşü, uşaq və gənclər kitab həftəsi ilə əlaqədar keçirilən tədbirləri, A. Mehmanlının “Ətrim qala həmişə”, G.Cəmaləddinin «Qəhvə rəngi» kitablarının təqdimatını, 31 Dekabr-həmrəylik günü ilə əlaqədar keçirilən «Azərbaycan hamının vətənidir» adlı disputu misal göstərmək olar. Səməd Vurğun adına Mərkəzi Şəhər Kitabxanası S. Vurğun adına mərkəzi şəhər kitabxanası 1958-ci ildən fəaliyyət göstərir. Sahəsi 602,7 kv. metrdir. 1974-cü ildən Sumqayıtda olan dövlət kitabxanalarını özündə birləşdirən MKS-nin metodik mərkəzidir. Kitabxananın 5 şöbəsi, 19 filialı var. Fondu 126000 nüsxə, oxucusu 7500 nəfər, kitab verilişi 180 000 nüsxədir. 2005-ci ildə kitabxanaya Prezidentin sərəncamına əsasən 6600 yeni ədəbiyyat daxil olmuşdur. Oxucuya lazım olan kitabı tapmağa kömək məqsədi ilə əlifba və sistemli kataloqlar, sistemli və ölkəşünaslıq kartotekaları tərtib edilmişdir. Kitabxana informasiyanı əhalinin bütün təbəqələrinə çatdırmaq, daha böyük oxucu kütləsini mütaliəyə cəlb etmək məqsədilə müxtəlif mövzularda ədəbi-bədii gecələr, disputlar, kitab müzakirələri, şair və yazıçılarla görüşlər keçirir. S.Vurğun adına MK işini Yazıçılar Birliyi Sumqayıt şəhər filialı, Sumqayıt Dövlət Universiteti, Gənclər və İdman Baş İdarəsi, Xalq Təhsili şöbəsi, «Sumqayıt» və «Məslək» qəzetləri, Əli Kərim adına Poeziya klubu və digər mədəniyyət müəssisələri ilə əlaqəli qurur. Kitabxananın işi vaxtaşırı «Sumqayıt» və «Məslək» qəzetlərində işıqlandırılır. Yaxşı işinə görə kitabxana Azərbaycan KP MK-nın Keçici Qırmızı Bayrağını almış, Respublika Mədəniyyət Nazirliklərinin, şəhər rəhbərliyinin fəxri fərmanları ilə təltif edilmiş, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin 3-cü Dərəcəli Diplomuna layiq görülmüş, Açıq Cəmiyyət İnstitutu-yardım Fondunun kitabxanalar proqrammı çərçivəsində respublika kitabxanaları arasında keçirdiyi müsabiqəyə qalib gəlmişdir. Ünvan: N.Nərimanov küçəsi, ev 43, Tel: 642-27-64, 644-26-95 KİTABXANA-FİLİALLAR
1 saylı kitabxana-filial MKS-nin 1 saylı kitabxana-filialı 1967-ci ildən fəaliyyət göstərir. Fondu 23973 nüsxə, oxucusu 2013 nəfər, kitab verilişi 41073 nüsxədir. İşini 33, 34 saylı məktəblə birgə həyata keçirir. Ünvan: 13-cü mkr, ev 15, mən. 47. Telefon: 646-36-13 M.Ə. Rəsulzadə adına 2 saylı kitabxana-filial MKS-nin 2 saylı kitabxana filialı 1968-ci ildən fəaliyyət göstərir. 1991-ci ildən M.Ə. Rəsulzadənin adını daşıyır. Fondu 44668 nüsxə, oxucusu 3022 nəfər, kitab verilişi 61725 nüsxədir. İşini 3, 14, 15, 25 saylı məktəblərlə və Sumqayıtın Tarixi Muzeyi ilə əlaqəli qurub. Ünvan: 45-ci məh. Ev 79, Tel: 644-49-38 M.Ə. Sabir adına 3 saylı kitabxana-filial MKS-nin 3 saylı kitabxana –filialı 1969-cu ildən fəaliyyət göstərir, 1992-ci ildən M. Ə. Sabirin adını daşıyır. Fondu 36070 nüsxə, oxucusu 2250 nəfər, kitab verilişi 42000 nüsxədir. İşini SDU , 14, 17 saylı məktəblərlə və S. Hacıbəyov adına musiqi texnikumu ilə əlaqəli qurub. Ünvan: 8-ci m/r, ev 18/6, Tel: 644-85-93 4 saylı gənclər kitabxana-filialı MKS-nin 4 saylı gənclər kitabxanası 1969-cu ildən fəaliyyət göstərir. Fondu 34090 nüsxə, oxucusu 2467 nəfər, kitab verilişi 43374 nüsxədir. İşini 1, 9, 11, 12, 18, 38 saylı məktəblərlə və H. Ərəblinski adına Sumqayıt Musiqili Dövlət Dram Teatrı, Mədəniyyət evi ilə əlaqəli qurub. «Sumqayıt», «Məslək» qəzetləri vasitəsilə aktual mövzularla əlaqədar çıxışlar edilmiş, keçirilən kütləvi tədbirlər haqqında məlumatlar dərc olunmuşdur. Ünvan: Azərbaycan prospekti, ev 6, Tel: 645-66-12 5 saylı kitabxana-filial MKS-nin 5 saylı kitabxana-filialı 1969-cu ildən fəaliyyət göstərir. Fondu 26960 nüsxə, oxucusu 2465 nəfər, kitab verilişi 47234 nüsxədir. İşini 21, 30 saylı məktəblərlə əlaqəli qurub. Ünvan: 12-ci mkr. Ev 8, mən. 47. 6 saylı kitabxana-filial MKS-nin 6 saylı kitabxana filialı 1969-cu ildən fəaliyyət göstərir. Fondu 28305 nüsxə, oxucusu 2024 nəfər, kitab verilişi 43753 nüsxədir. İşini 13 saylı məktəb və «Təfəkkür» liseyi ilə əlaqəli qurub. Ünvan: 3-cü mkr. Ev 19 a, telefon: 645-77-03 H. Z. Tağıyev adına 7 saylı uşaq kitabxana-filialı MKS-nin 7 saylı kitabxana-filialı 1969-cu ildə açılıb, 1991-ci ildən H. Z. Tağıyevin adını daşıyır. Fondu 26230 nüsxə, oxucusu 2501 nəfər, kitab verilişi 48002 nüsxədir. Uşaqları kitabxanaya cəlb etmək məqsədilə kitabxana öz işini 3,5, 14, 15, 25, 27, 37 saylı məktəb, «İstedad» liseyi, 45 saylı uşaq bağçası, UYYM, Gənclər, İdman və Turizm Baş İdarəsi, Poeziya klubu ilə əlaqəli keçirir. «Sumqayıt», «Məslək» qəzetləri və «Mədəni-Maarif» jurnalı vasitəsilə aktual mövzularla əlaqədar çıxışlar edilmiş, keçirilən kütləvi tədbirlər haqqında məlumatlar dərc olunmuşdur. Ünvan: 5-ci mkr. Ev 6/53, telefon: 644-17-83 8 saylı uşaq kitabxana-filialı MKS-nin 8 saylı uşaq kitabxana-filialı 1971-ci ildən fəaliyyət göstərir. Fondu 26087 nüsxə, oxucusu 2005 nəfər, kitab verilişi 49040 nüsxədir. Uşaqları kitabxanaya cəlb etmək məqsədilə kitabxanaya cəlb etmək məqsədilə kitabxana işini 17, 20, 23, 25, 29 saylı orta məktəblər, 49, 40 51 uşaq bağçası ilə əlaqəli keçirir. Ünvan: 9-cu mkr, ev 91a, telefon: 644-41-05 Ə. Vahid adına 9 saylı kitabxana-filial MKS-nin 9 saylı kitabxana-filialı 1973-cü ildən fəaliyyət göstərir. 1992-ci ildən Ə. Vahidin adını daşıyır. Fondu 31385 nüsxə, oxucusu 2271 nəfər, kitab verilişi 42454 nüsxədir. Kitabxana öz işini 1 saylı musiqi məktəbi, 23, 27, 37 saylı orta məktəblərlə əlaqəli keçirir. Ünvan: 6-cı mkr. Ev 1a, Telefon: 644-16-69. C. Məmmədquluzadə adına 10 saylı kitabxana-filial MKS-nin 10 saylı kitabxana-filialı 1949-cu ildən fəaliyyət göstərir. 1966-cı ildən C. Məmmədquluzadənin adını daşıyır. Fondu 32651 nüsxə, oxucusu 2438 nəfər, kitab verilişi 45338 nüsxədir. Kitabxana öz işini 15, 27, 37 saylı orta məktəblər 8, 12 saylı yataqxana ilə əlaqəli keçirir. Ünvan: 5-ci mkr, ev 20/21, tel: 644-14-01 11 saylı kitabxana-filial MKS-nin 11 saylı kitabxana-filialı 1958-ci ildən fəaliyyət göstərir. Corat qəsəbəsində yerləşir. Fondu 11296 nüsxə, oxucusu 750 nəfər, kitab verilişi 12686 nüsxədir. Kitabxana öz işini 7 saylı məktəb, 2 saylı uşaq bağçası ilə əlaqəli keçirir. Ünvan: Corat qəsəbəsi, 7 saylı orta məktəb. 12 saylı uşaq kitabxana-filialı MKS- nin 12 saylı uşaq kitabxana-filialı 1953-cü ildən fəaliyyət göstərir. 1966-cı ildən A. Qaydarın adını daşıyır. Fondu 40875 nüsxə, oxucusu 2435 nəfər, kitab verilişi 44971 nüsxədir. Kitabxana öz işini 1,2, 8,9, 10, 11, 12, 16, 18, 38 saylı məktəb ilə əlaqəli şəkildə keçirir. «Sumqayıt», «Məslək» qəzetləri vasitəsilə aktual mövzularla əlaqədar çıxışlar edilmiş, keçirilən kütləvi tədbirlər haqqında məlumatlar dərj olunmuşdur. Ünvan: Azərbaycan prospekti, ev 6. telefon: 645-66-12 13 saylı kitabxana-filial MKS-nin 13 saylı kitabxana filialı 1976-cı ildən fəaliyyət göstərir. «28 may» mədəniyyət evində yerləşir. Fondu 22428 nüsxə, oxucusu 750 nəfər, kitab verilişi 10005 nüsxədir. Öz işini «Təfəkkür» liseyi, «28 may» Mədəniyyət evi, 13 saylı məktəb ilə əlaqəli keçirir. Ünvan: 41-ci məh. «28 may» mədəniyyət evi. Telefonu işləmir. 14 sayli kitabxana-filial MKS-nin 14 saylı kitabxana-filialı 1978-ci ildən fəaliyyət göstərir. Fondu 27079 nüsxə, oxucusu 2229 nəfər, kitab verilişi 42515 nüsxədir. Öz işini 4, 28, 36 saylı məktəb, TTE liseyi, 6 saylı klubla əlaqəli keçirir. Ünvan: 17-ci mkr, ev 24. 15 saylı uşaq kitabxana-filial MKS-nin 15 saylı uşaq kitabxana-filialı 1979-cu ildən fəaliyyət göstərir. Fondu 17041 nüsxə, oxucusu 1305 nəfər, kitab verilişi 26064 nüsxədir. Öz işini 21, 22, 23, 24. 29, 30, 31 saylı məktəblər, 52, 61 saylı uşaq bağçaları ilə əlaqəli keçirir. Ünvan: 11-ci mkr. ev 7, mən.: 36, telefon: 646-50-13 16 saylı uşaq kitabxana-filial MKS-nin 16 saylı kitabxana-filialı 1980-ci ildən fəaliyyət göstərir. Fondu 24317 nüsxə, oxucusu 1468 nəfər, kitab verilişi 27626 nüsxədir. Öz işini 17, 29, 31 saylı məktəblər və SDU ilə əlaqəli keçirir. Ünvan: 42-ci məhəllə, ev 2, tel. 644-69-94 17 saylı uşaq kitabxana-filial MKS-nin 17 saylı kitabxana-filialı 1981-ci ildən H. Z. Tağıyev qəsəbəsində fəaliyyət göstərir. Fondu 21923 nüsxə, oxucusu 1132 nəfər, kitab verilişi 25233 nüsxədir. Öz işini «Şəhriyar» mədəniyyət evi, Ə. Bakıxanov adına 3 saylı musiqi məktəbi ilə 3, 19 saylı məktəblərlə əlaqəli həyata keçirir. Ünvan: H. Z. Tağıyev qəsəbəsi, Ə. Bakıxanov adına 3 saylı musiqi məktəbi. 18 saylı uşaq kitabxana-filial MKS-nin 18 saylı kitabxana filialı 1994-cü ildə Sarıqaya yaşayış məntəqəsində fəaliyyət göstərir. Fondu 1238 nüsxə, oxucusu 380 nəfər, kitab verilişi 850 nüsxədir. Ünvan: Sarıqaya qaçqınlar düşərgəsi N. Gəncəvi adına uşaq kitabxana-klub N. Gəncəvi adına uşaq kitabxana klub 1988-ci ildən fəaliyyət göstərir və 1991-ci ildən N. Gəncəvinin adını daşıyır. Fondu 20087 nüsxə, oxucusu 3565 nəfər, kitab verilişi 92359 nüsxədir. Ünvan: 13-cü mkr. ev 56, tel. 646-01.13
|