|
Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzi 26-cı məhəllə ərazisində, Komsomol küçəsi -30 ünvanda yerləşir. Gigiyena və Epidemiologiya Mərkəzində ştat vahidi üzrə 354-vəzifələr vardır, bunlardan 01.01.2006-cı il tarixə qədər 316 ştat vahidi tutulub, 241- nəfər fiziki şəxs işləyir. Bunlardan 76- nəfər ali təhsilli həkimlər; 11-nəfər ali təhsilli qeyri tibb mütəxəssislər; 173-nəferi orta ixtisas təhsilli tibb işçiləri (tibb bacıları, laborantlar), 37-nəfər kiçik tibb işçisi, 48- nəfər digər ixtisaslı işçilərdir. Gigiyena və Epidemiologiya Mərkəzi öz işini «Sanitar Epidemioloji Salamatlıq haqqında» «Əhalinin sağlamlığının qorunması haqqında»- Respublika Qanunlarına, Səhiyyə Nazirliyinin ayrı-ayrı əmrlərinə, təlimatlarına, şəhər icra Hakimiyyəti Başçısının sərancamlarına uyğun olaraq qurur. Gigiyena va Epidemiologiya Mərkəzi əsasən şəhər əhalisinin sağlamlığnın qorunması, müəyyən yoluxucu xəstəliklərin baş verməməsi və əhali arasında yayılmaması üçün, habelə atmosfer havasının, torpağın, suyun çirklənməsinin qarşısının alınması üçün qabaqcadan illik iş planları, perspektiv tədbirlər planları, sanitar sağlamlaşddıcı tədbirlər planları hazırlayır və bunun həyata keçirilməsinə nəzarət edir. Hazırlanan tədbirlər planına uyğun olaraq əhali arasında müəyyən yoluxucu xəstaliklərin baş verməməsi va yayılmaması üçün qabaqcadan peyvəndlənmə tədbirləri aparılmasını, bir çox idara olunan xəstəliklərin qarşısının alınması üçün əlaqədar idarə və müəssisəlrlə birlikdə (xüsusən şəhər Səhiyyə şöbəsi ilə birlikdə) digər lazımi tədbirlərin görülməsini təşkil edir. Əhalinin sağlamlığnın qorunması üşün şəhərin içməli su ile təchizatının vəziyyətinə (kəmiyyət və keyfiyyət göstəricilərinə), əhalinin qidalanma vəziyyətinə, (xüsusen ictimai qidalanma yerlərində), ictimai və yaşayış binaların istilik təchizatına, şəhər ərazisindən müxtəlif məişət tullantılarının daşınması vəziyyətinə, məhəllə və mikrorayon daxilində aparılan dezinfeksiya, dezinseksiya tədbirlərinin vəziyyətinə, iaşə, ticarət və xidmət obyektlərində sanitar-texniki və sanitar-gigiyenik normaların, qaydaların, şəxsi gigiyena qaydalarının yerinə yetirilmə vəziyyətinə, idarə və müəssisələrdə, (xüsusən təhsil və səhiyyə müəssisəlarində) ticarət, iaşə və xidmət sahələrində çalışan işçilərin tibbi müayinələrdən keçmə vəziyyətinə nəzarət edir. Aparılan nazarət zamanı inzibati xətalar məcəlləsi»-nin müəyyən maddələrinə istinad edilərək sanitariya-gigiyena norma və qayda pozuntularına yol verən fiziki və huquqi şəxslər haqqında cərimə qərarları tətbiq edir, başqa inzibati tədbirlər görür.
|