|
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi 1995-ci ilin yanvar ayından rəsmi fəaliyyətə başlamışdır. İdarədə Gənclərlə iş, Bədən tərbiyəsi və idman, Təşkilati iş və Təsərrüfat şöbələri fəaliyyət göstərir. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Sumqayıt şəhərində gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yerli orqanıdır. Baş İdarə öz fəaliyyətini şəhər İcra hakimiyyəti və Bələdiyyə orqanları ilə habelə digər dövlət orqanları ilə əlaqəli şəkildə həyata keçirir. İdarənin əsas vəzifələri və funksiyaları
- Şəhərdə gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini həyata keçirir;
- Şəhər ərazisində gənclər təşkilatlarının, idman federasiyalarının digər aidiyyatı təşkilatların fəaliyyətini əlaqələndirir;
- Azərbaycan Respublikası Qanunvericilik aktlarında öz əksini tapmış gənclərin sosial problemlərinin həlli, hüquqlarının müdafiəsi, müxtəlif peşələrə yiyələnməsi və işlə təmin olunması sahələrində əlaqədar təşkilatlarla birlikdə tədbirlər görür, lazım gəldikdə bu məqsədlə müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırır;
- Əhalinin sağlam həyat tərzinə cəlb olunmasını təmin etmək üçün idman qurğularının imkanlarından səmərəli istifadə edilməsinin təşkil edir;
- Öz funksiya və səlahiyyətləri daxilində toplantılar, görüşlər keçirir, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması məqsədilə müxtəlif sahələrdə sərgilər, festivallar, müsabiqələr və digər tədbirlər təşkil edir;
- Bələdiyyələrdə və regional həyatda gənclərin iştirakına yardım edir;
- Gənc nəslin yaradıcılıq potensialını, qüvvəsini, bilik və bacarığını, Milli dövlət quruculuğuna, iqtisadi və sosial inkişaf proqramlarının həyata keçirilməsinə yönəldir;
- Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirir.
Gənclər və idman sahəsində ətraflı məltumatı şəhər Gənclər və İdman Baş İdarəsinin internet səhifəsindən ala bilərsiniz. www.sumgayit.gen.az
|