ana səhifə əlaqə
 
  az   ru   en
İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyəti Başçısının Aparatı Şəhər Haqqında

LİNKLƏR
 

Şəhərin ekoloji problemləri

Atmosferin çirklənməsi

Həmin dövrdə şəhərin yaşayış rayonu atmosferində flüorlu birləşmələrin qatılığı qeyri əlverişli meteoroloji şəraitlərdə (küləyin surətinin olmadığı yaxud zəif 0,2 m/saniyə, nəmliyin yüksək olduğu şəraitdə) 8-12 dəfə sanitar normalar həddini aşması qeydə alınırdı. Elə əsasən müəssisənin ekoloji ziyanlı və iqtisadı səmərəsiz istismarı ilə əlaqədar yeri Ekologiya təşkilatı tərəfində aidiyyati qurumlarla razılaşdırılmaqla 2 aprel 1989-cu ildə Alüminium zavodunun birinci seriyası (həmin seriyaya daxil olan 1-ci və 2-ci elektroliz korpuslarındakı 160 elektroliz vannası) birdəfəlik istismardan çıxarıldı və polmblaşdırıldı. Eyni zamanda 2-ci elektroliz seriyasının istismarına yalnız o şərtlə icazə verildi ki, hazırlanmış kompleks ekoloji tədbirlərin icrası müəssisə (o cümlədən keçmiş ittifaqın «Əlvan Metallurgiya Nazirliyi) tərəfindən həyata keçirilsin. Qaztəmizləyici qurğunun tikintisini də nəzərdə tutan həmin tədbirlər icra olunmadı. Sonrakı dövrlərdə isə ölkədə baş verən məlum hadisələrlə əlaqədar Alüminium zavodu istehsal fəaliyyətini davam etdirə bilmədi bütövlükdə dayandırıldı.

Müəssisə Azərbaycan Respublikası Prezidentinin 31 mart 2001-ci il 678 saylı sərəncamı ilə təsdiq edilmiş, - «Azərbaycan Respublikasının Dövlət Əmlak Nazirliyi və «FONDEL-METAL PARTISIPEYŞNS B.V» şirkəti arasında «AZƏRALÜMINIUM» Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair» - Müqavilə əsasında 2003-cü ildən 3 və 4-cü elektroliz korpuslarında təmir bərpa işləri aparıldıqdan sonra ilkin alüminium istehsalı ilə məşğuldur.

İstismara buraxıldıqdan sonra müəssisənin ekoloji fəaliyyətinin araşdırılması məqsədilə 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən müəssisədə iki dəfə kompleks yoxlama-monitorinq keçirilmişdir. Müəssisədə 2003-cü ildə aparılan yoxlama ilə aşkar edilən nöqsanların aradan qaldırılması üçün verilən məcburi göstərişin (15.09.03 32-A saylı) əksər tələbləri yerinə yetirilməmişdir. Təkrar yoxlama ilə (İqtisad İnkişaf Nazirliyi nümayəndəsinin iştirakı ilə keçirilmişdir) müəssisədə inzibati-iqtisadi sanksiyalar tətbiq edilsə də, lakin müəssisədə vacib ekoloji əhəmiyyətli texniki tədbirlər icra edilmədiyindən (köhnə avadanlıq və köhnə texnologiya ilə istismar qalır, elektroliz sexi üzrə qaztəmizləyici qurğu tikilməmişdir, glinozem güllərinin aspirasiya sistemi təmin edilməmişdir və s.) müəssisə tərəfindən atmosferin yüksək səviyyədə çirklənməsi davam edir. Küləyin bütün istiqamətlərində müəssisənin təsir radiusunun və təsir səviyyəsinin tədqiqi aparılmışdır. Müəssisənin özündə tullantıların atılmasının miqdarı və tərkibinin idarə olunması üçün texniki imkanlar olmadığından ətraf ərazilərdə yaranan çirklənmə səviyyəsi əsasən meteoroloji şəraitlə (əsasən küləyin surəti və istiqaməti) ilə müəyyən edilir.

Məlum olduğu kimi küləksiz şəraitlə çirklənmə mənbəyinin yaratdığı çirklənmənin yerüstü maksimal səviyyəsi əsasən mənbəyin hündürlüyünün 20-40 misli qədər mənbədən aralı məsafələrdə müşahidə olunur. Nəzərə alınsa ki, müəssisənin tüstü borusunun hündürlüyü 120 metrdir, yuxarıda göstərilən nəzəri mülahizə üzrə maksimal yerüstü qatılıq 2,4-4,8 km məsafələrdə olacaq. Həmin məsafə ilə yaşayış və sənaye rayonunun yerləşdiyi əraziləri əhatə edir. Eyni zamanda vəziyyəti xüsusilə mənbəyə yaxın ərazilərdə və o cümlədən bui şlə tədqiq olunan müəssisələrin ərazisində gərginləşdirən amil odur ki, müəssisənin zərərli tullantıları mütəşəkkil şəkildə tüstü borusuna yönəldilmir. Belə ki, müəssisənin gilinozem güllərindən və elektroliz korpuslarından çıxan zərərli qazlar əsasən yaxın ərazilərdə, o cümlədən tədqiq olunan qonşu müəssisələr ərazisində küləyin istiqamətindən və zəif surətli olmasından asılı olaraq yüksək fon qatılıqlar yaradır.

Sumqayıt şəhər sənaye müəssisələrin görə stasionar çirkləndirmə mənbələrindən atmosferə atılan tullantıların illik ümumi miqdarı 31,9 min ton təşkil edir.

Sənaye müəssisələrində atmosferi çirkləndirici stasioar mənbələrin sayı 2573 ədəddir, onlardan 2251 ədədi mütəşəkkil, 322 ədədi qeyri-mütəşəkkil mənbələrdir. Qaz-toz təmizləyici qurğuların sayı 331-dir ki, onlardan 150-i normal vəziyyətdə istismar edilmiş, digərləri isə istehsal sahələrinin fəaliyyət göstərmədiklərinə görə hazırda istismar olunmur.

Qeyd etmək lazımdır ki, şəhərdə fəaliyyət göstərən Alüminium zavodunun bütün fəaliyyəti dövründə ətraf mühitə zərərli təsirləri, şəhər atmosferinin ümumi çirklənməsində xüsusi çəkisi həmişə yüksək olmuşdur. Belə ki, 80-90-cı illərdə şəhər müəssisələrinin hamısının fəaliyyətdə olduğu dövrdə müəssisənin şəhər atmosferinin çirklənməsində payı 25-30% səviyyəsində olmuşdur. Əvvəllər Superfosfat zavodunda Alüminium-flüorid sexinin istismarda olduğu nəzərə alınmaqla, flüorlu birləşmələrlə şəhər ərazisi atmosferinin çirklənməsində Alüminium zavodunun payı 90-95%-dən çox olmuşdur.

Su hövzəsinin çirklənməsi

Sumqayıt şəhəri və onun müəssisələri 2005-ci il ərzində təqribən 82,0 mln.m3 sudan istifadə edir (bu rəqəm 1990-cı ildə 449,1 mln.m3 olmuşdur). Bu suların 53,5 mln.m3-i Ceyranbatan suyu, 4,1 mln.m3-i şollar suyu 24,4 mln.m3-i dəniz suyudur.

Məişət məqsədləri üçün 51,5 mln.m3, istehsalat məqsədləri üçün isə 30,5 mln.m3 sudan istifadə olunur. Il ərzində cəmi 59,1 mln.m3 axıntı suları əmələ gəlir. (1990-cı ildə 419,0 min m3 axıntı suları əmələ gəlmişdir). Bu suların 31,7 mln.m3 təmizləyici qurğudan keçmiş 20,3 min.m3 təmizlənmədən çirkli halda, 24,3 min.m3 isə normativ təmiz adı altında faktiki çirkli halda dənizə axıdılmışdır. Müəssisələrin sənaye-axıntı sularından və yaşayış zonası ərazisindən Xəzər dənizinə axıdılan 21 çıxışından aparılan 1222 sayda analizlərlə çirkləndiricilərin qatılığı müəyyənləşdirilmişdir. Analizlərlə sənaye-BBQH, turşuluq 27,3 mq/l (norma üzrə olmamalıdır), oksigenə bioloji tələbat 1,1-3,0 BBQH, asılqan maddə 1,2-1,9 BBQH qatılıqda olması qeydə alınmışdır. Yaşayış zonasından birbaşa Xəzər dənizinə axıdılan məişət tullantı sularının tərkibində isə neft məhsulları 7,0 BBQH səthi aktiv maddələr 4,1 BBQH, asılqan maddə 1,5 BBQH, oksigenə bioloji tələbat 5,2 BBQH qatılıqda aşkar edilmişdir. Açıq su hövzəsini çirkləndirən əsas mənbələr «SK», «SAM», «Üzvi Sintez», «Etilen Polietilen» zavodları və «STKŞII» müəssisəsinin xidmət etdiyi müxtəlif təyinatlı obyektlər olmuşdur. Su hövzəsinin çirkləndirilməsi müqabilində cavabdehlərə qarşı müvafiq qaydada iqtisadi-inzibati sanksiyalar tədbiq olunmuş icra üçün məcburi göstərişlər verilmişdir.

Sumqayıtın sənaye müəssisələrinin nəzdində gücü 360 min m3/gün olan 21 LTQ və LTT mövcuddur. Lakin, müəssisələrdə istehsal sexlərinin əksəriyyəti işləmədiyindən həmin qurğuların da əksəriyyəti öz fəaliyyətini dayandırmışdır. «Üzvi Sintez» zavodu nəzdində olan rayonlararası təmizləyici qurğusu (gücü 182 min m3/gündür) uzun müddət (1972-ci ildən) fasiləsiz və əsaslı təmirsiz istismar olunduğundan tam qəza vəziyyətinə düşmüşdür.

Şəhərin əksər iri sənaye müəssisələrinin və yaşayış rayonunun çirkab sularını təmizləməli olan həmin qurğunun səmərəliliyi layihə imkanlarından xeyli aşağıdır.

«Azərkimya» Dövlət Şirkəti və «Üzvi Sintez» zavodu tərəfindən bir sıra təmir bərpa işləri aparılsada qurğunun qəza vəziyyətində istismarı davam edir. Şlamın çökdürücüyə müntəzəm ötürülməsi, xloraforun fəaliyyəti bioloji təmizləmənin tam aparılması təmin edilmədiyindən qurğunun dənizə çıxışında əsas çirkləndiricilərin qatılığı norma həddini müntəzəm olaraq aşır.

Şəhərdə sosial-ekoloji baxımdan ən aktual sayılan lakin, həllini tapmayan problemlərdən biri il ərzində yaşayış zonasında əmələ gələn çirkab sulardan təqribən 13 mln. m3-a qədər məişət-çirkab sularının heç bir təmizlənmə keçmədən birbaşa dənizə axıdılmasıdır. Bu səbəbdən şəhərə bilavasitə yaxın olan və çimərlik üçün çox əlverişli ola biləcək bir böyük ərazidə antisanitar vəziyyət yaramır. Hər il xəbərdarlıq və qadağa sankisayalarına baxmayaraq, həmin ərazidə xüsusilə yay aylarında hər gün minlərlə Adam çimərlikdə istirahət edərək öz sağlamlığını təhlükə altında qoyur. (Pulu xidmət göstərən və yaşayış rayonundan aralı çimərliklərdən əhalinin yoxsul təbəqəsinin istifadə imkanları isə xeyli məhduddur) Problemin həlli şəhərin yaşayış rayonu üçün ayrıca bioloji təmizləmə quruğusu tikilib istifadəyə verilməsi ilə həyata keçirilə bilər. Hazırda bioloji təmizləmə qurğusunun yerləşdirilməsi üçün torpaq sahəsi ayrılmış və maliyyə mənbəyi müəyyən edilmişdir.

Regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət proqramında nəzərdə tutulan «Sumqayıt şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması» tədbirinin tam həcmdə həyata keçirilməsi problemin kompleks həllinə imkan verir.

Şəhərdə son illər su təchizatı və kanalizasiya sistemində xeyli təmir bərpa işlərinin həyata keçirilməsi təmin edilmişdir.

Hazırda axarları Sumqayıtçaya çıxan Səthi Aktiv Maddələr və Sintez Kauçuk zavodlarının tullantı sularında (normativ təmiz-adı altında axıdılan) bir sıra çirkləndiricilərin (xlor, xlorid və sulfat turşular, neft məhsulları) qatılığı normalar həddini aşır.

Yuxarıda Adı çəkilən Dövlət proqramında sənaye müəssisələrində istehsal texnologiyalarının təkmilləşməsi nəzərdə tutulur ki, bu da öz növbəsində gələcəkdə ekoloji təhlükəsizliyə ciddi təminat verir. Yeni istehsal obyektlərinin tikintisi, texnologiyaların təkmilləşdirilməsi – layihə-texniki sənədlərin Dövlət Ekoloji Ekspertizasında keçirilməsi zərurətini yaradır və şəhərdə bu istiqamətdə işlər gücləndirilir.

Torpağın çirklənməsi

Sumqayıtda ekoloji gərginliyi yaradan əsas səbəblərdən biri də əksər istehsalatların köhnə texnologiya işləməsi nəticəsində alınan bir sıra toksiki xassəli tullantıların utilizasiyası olunmaması və onların ərazilərində qeyri-mütəşəkkil yığılması olmuşdur. Qeyd edilməlidir ki, əvvəllər müəssisələrin normal istehsal fəaliyyəti şəraitində il ərzində təqribən 60 adda 300 min ton bərk (sülb) istehsalat tullantısı alınırdı ki, bunun da təqribən 170 min tonu utilizasiya olunaraq təkrar istifadəyə qaytarılır və ya kənara satılaraq şəhərdən çıxarılırdı. Qalan 130 min ton əksəriyyəti I-IV toksiki sinfində məxsus tullantı isə istifadə olunmurdu. Həmin tullantıları qeyri-mütəşəkkil şəkildə ya müəssisədaxili və müəssisəətrafı əraziyə, ya qeyri-qanuni olaraq şəhər zibilxanasına daşınır, ya yandırılır və ya da kanalizasiyaya axıdılırdı. Lakin son illər ərzində məlum səbəblərə görə əksər müəssisələrin işləməməsi ilə əlaqədar əmələ gələn bərk (sülb) tullantıların həcmi əhəmiyyətli dərəcədə azalmışdır. Statistiki məlumata görə 2005-ci ildə müəssisələrin istehsal fəaliyyətindən 6 adda 3,68 min ton bərk tullantı alınmışdır ki, bunun da 1,6 min tonundan istifadə olunmuşdur. Qalan 2,08 tonu isə istifadə olunmayaraq müəssisə ərazisində yığılıb qalmışdır. Gərginliyi yaradan səbəblərdən biri də tullantıların istər müəssisələr daxilində, istərsə də ümumşəhər üzrə qeyri-mütəşəkkil qaydada saxlanılması və anbarlaşdırılmasının faktiki həllini tapmamasıdır.

Doğrudur, görülən tədbirlər nəticəsində həmin tullantıların ümumşəhər məişət zibilxanasına daşınmasının, yandırılmasının eləcə də kanalizasiyaya axıdılmasının qarşısı əsasən alınmışdır. Lakin, məsələnin həlli axıra çatdırılmadığından həmin tullantılar hazırda müəssisədaxili və müəssisələr arası ərazilərdə qeyri-mütəşəkkil yığılır və ətraf mühiti çirkləndirir.

Şəhərdə tullantılar üçün 3 sahənin («Azərboru» i/b-nin marten şlakının rayonlararası təmizləyici qurğusunun şlamının və ümumşəhər məişət tullantılarının yığıldığı sahələr) olması tullantıların yığılması, saxlanılması ilə bağlı problemləri qismən həll edir.

Son illər xammalla təchizatın məlum çətinlikləri ilə bağlı tullantıların təkrar emalı və istifadəsinə diqqət artırılmışdır. Bu sahədə Superfosfat, Səthi Aktiv Maddələr, Sintezkauçuk, Üzvi Sintez zavodlarının və eyni zamanda işlədiyi dövrlərdə Azərboru i/b-nin, məişət kimyası və kompressorlar zavodlarının fəaliyyətləri əhəmiyyətli hesab edilməlidir. Belə ki, həmin müəssisələrdə əmələ gələn bir sıra tullantılar təkrar emalı qaytarılaraq, ya xalq istehlakı mallarının istehsalına istifadə olunmuş, ya da xammal kimi başqa müəssisəyə satılmışdır.

Müəssisələrin layihələrində əmələ gələn və utilizasiya olunmayan bərk toksiki tullantıların basdırılması və anbarlaşdırılması nəzərdə tutulmadığından uzun illər ərzində ətraf ərazilərə atılaraq qalaqlanmış tullantıların ümumi miqdarı təqribən 5,0 mln. tondur. Müvafiq saxlama şəraiti olmadığından həmin tullantıların tərkibi aşınmış, bir sıra hallarda qarışıq şəkildədir, ilkin tərkib göstəricilərinə uyğun gəlmir, təkrar emal qabiliyyətini itirmişdir.

Yuxarıda göstərilənlərlə əlaqədar şəhər ərazisində qalaqlanmış həmin tullantıların inventarizasiyası tərkiblərini analitik təhlili ekoloji ziyanlı təsir arialının istifadəyə qaytarılma imkanlarının müəyyən edilməsi mühüm ekoloji-iqtisadi əhəmiyyətli tədbirdir. Almaniyanın Lüdviqshafen şəhəri mütəxəssisləri ilə bu məsələlər üzrə əməkdaşlıq aparılır. İşin ilkin mərhələsi kimi tullantılarla çirkli ərazilərin xəritələşdirilməsi işinə artıq başlanılmışdır.

Sumqayıt şəhərində ildə təqribən 450 min m3 məişət tullantısı əmələ gəlir və həmin tullantılar SFZ rayonundakı ümumşəhər məişət zibilxanasına daşınır. Qeyd edilməlidir ki, zibilxanaya uzun illər ərzində sənaye məişət tullantıları, inert-tikinti materialları tullantılarının külli miqdarda atılmasına yol verilmişdir. Ümumiyyətlə isə zibilxanalarda gələcəkdə bu tullantıların növləşdirilməsi, ayrılması və emal məqsədilə saxlanılması üçün heç bir tədbir nəzərdə tutulmamışdır. Məişət tullantılarını emal edən qurğunun tikintisi isə bu günə kimi həyata keçirilməmişdir. Hazırda şəhərdə 1999-cu ildən məişət tullantıların yığılması və daşınması üzrə Azərbaycan – Almaniya birgə ekoloji xidmət müəssisəsi (ADES) fəaliyyət göstərir. Qeyd edilməlidir ki, müəssisə tərəfindən istər məişət tullantıların daşınmasının təşkilində, istərsə də ümumşəhər zibilxanasında məqsədyönlü tədbirlərin həyata keçirilməsində müsbət irəlləyişlər olmuşdur.

Sumqayıt şəhəri və qəsəbələri ərazisində məişət tullantılarının 240-yığım yerləri vardır. Bunların 210-u mütəşəkkil yığım yerləridir. Ötən illər ərzində mütəşəkkil yığım yerləri sayı və zibil qutularının sayı artırılmışdır. Hazırda mütəşəkkil yığım yerlərində qutuların sayı 1000-dən çoxdur. Lakin bir sıra hallarda tullantıların yığılıb daşınmasında nöqsanlara, yol verilir, bəzi hallarda müəssisə və təşkilatlar «ADES» firmasının xidmət haqlarını ödəmədiklərindən tullantıların daşınması ləngiyir. Tullantıların emalı qaruğusunun tikilib istismara verilməsi qarşıda duran zəruri tədbirlərdəndir.

Sumqayıt şəhəri Respublikamızda yüksək şəkildə yaşıllaşdırılmış şəhərlər sırasındadır. Adambaşına yaşıllıq təqribən 35 m2-dır. Lakin bu norma həddindən (50m2) azdır. Ərazinin cəmi 10%-i yəni 950 (1792 hektar bağçılıq təsərrüfatından əlavə) hektarı yaşıllaşdırılmışdır. Müəssisələrin sanitar mühafizə zolaqları yaşıllaşdırılmamışdır. Yerli iqlim və qeyri münbit torpaq şəraiti yaşıllaşdırılmanın inkişafını çətinləşdirən əsas səbəblərdəndir. Şəhərdə yaşıllaşdırma sahəsində hər il genişmiqyaslı işlər aparılır, yəni park xiyabanlar salınır. Bataqlıq və digər yararsız ərazilər rekultivasiya edilir və yaşıllaşdırılır.

Şəhərdə 2005-ci il ərzində büdcədən yaşıllaşdırma işlərinə 1436265,0 min manat o cümlədən yaşıllığın əsaslı təmirinə 60000 min, aqrotexniki xidmət işlərinə 1376265,0 min manat xərclənmişdir. Ərazidə 2005-ci il ərzində 10150 ədəd ağac, 1150000 mövsümi və 420000 ədəd çoxillik güllər əkilmiş 3,43 hektar yeni yaşıllıq sahə yaradılmış, suvarma xətləri çəkilmişdir.

Lakin qeyd etmək lazımdır ki, şəhərdə bəzi hallarda yaşıllığın məhvinə yol verilməsi torpaqların zəbt edilməsi və korlanması hallarına ərazidə qeyri-qanuni tikintilər aparılması hallarına da yol verilir.

4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumu olaraq şəhərdə (o cümlədən ərazi xidmət zonasına Aid olan Abşeron, Qobustan, Xızı Inzibati rayonları ərazisində) ətraf mühitin mühafizəsi və Təbii Sərvətlərdən istifadə sahəsində dövlət nəzarətini həyata keçirir. (Şöbənin yaradılması vəzifələri və ştat cədvəli haqda məlumat əlavə edilir)

Şöbə tərəfindən 2005-ci il ərzində yuxarıda göstərilən və digər qanunpozma halları ilə əlaqədar 114 akt və protokollar tərtib olunmaqla icra üçün 85 məcburi göstəriş verilmiş 77 nəfər cavabdeh fiziki şəxs 16,2 mln manat inzibati qaydada cərimə edilmiş, təbiətə vurulan ziyana görə hüquqi və fiziki şəxslərə 417,945 mln. manat iddia 33,101 mln. mann ödənc tətbiq edilmişdir. Hüquq mühafizə orqanlarına 11 iş, məhkəmələrə 18 iş göndərilmiş, 2 obyektin fəaliyyəti dayandırılmışdır.


HEYDƏR ƏLİYEV

Əziz dostlar!
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olaraq sizi Sumqayıt şəhərinin internet səhifəsində salamlayır və vaxt ayırıb səhifəmizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Zənnimcə, Sumqayıtın fürsətlər şəhəri olduğunu söyləsəm səhv etmərəm və ümid edirəm ki, internet səhifəmizdəki geniş məlumatlarla tanış olsanız siz də mənimlə razılaşacaqsınız. Burada siz Sumqayıtın tarixi, elmi, mədəniyyəti və eləcə də iqtisadiyyatı , ticarəti, investisiya imkanları və şəhərimizin gələcək inkişaf perspektivləri haqqında informasiya əldə edə bilərsiniz.
Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, səhifəmiz davamlı olaraq yenilənəcək və şəhərimizlə əlaqədar bütün vacib xəbərlər sizə çatdırılacaqdır.
Ümidvaram ki, səhifəmizi ziyarət etmək sizə zövq verəcək və maraqlandığınız məlumatları əldə edəcəksiniz, çünki indi Sumqayıt sizə çox daha yaxındır.
Hörmətlə,
Vaqif Əliyev
İcra Hakimiyyəti başçısı

SUMQAYIT ŞƏHƏRİNDƏ İMTİYAZLI ŞƏXSLƏRİN MƏNZİL NÖVBƏSİ SİYAHISI