ana səhifə əlaqə
 
  az   ru   en
İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyəti Başçısının Aparatı Şəhər Haqqında

LİNKLƏR
 

Corat qəsəbəsi

Xəzər dənizinin sahilində yerləşən Corat qəsəbəsinin tarixi eramızdan əvvəl III, IV minilliklərə təsadüf edir. Xəzər dənizindən Dərbəndə qədər böyük bir ərazini əhatə edən Çora adlı vilayətin paytaxtı Çora böyük liman və ticarət şəhəri olmuşdur ki, Alban katolikosunun rezidensiyası bu şəhərdə yerləşmişdir. Əhalinin əsas məşğuliyyəti balıqçılıq, ticarət, maldarlıq və kənd təsərrüfatı olmuşdur.

Corat qəsəbəsi Bakıdan 35 km şimal-qərbdə, Xəzər dənizin qərb sahilində, düzənlikdə  yerləşir. Qəsəbənin ərazisi 225,6 ha-dır. Iqlimi quru subtropikdir. Orta temperatur yanvarda 3,10C, avqustda 24,90C-dir. Havanın ən aşağı temperaturu -130C yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə +400C  avqust ayında qeydə alınıb. Illik yağıntının miqdarı 185 mm-dir. Corat qəsəbəsi  üçün şimal küləyi – xəzri və cənub küləyi – gilavar xarakterlidir.

2007-ci ilin aprelin 1-i vəziyyətinə Corat qəsəbəsinin əhalisi 8,7 min nəfərdir. Əhalinin ümumi sayının 4,2 min nəfərini (49%) kişilər, 4,5 nəfərini (51%) isə qadınlar təşkil edir. Corat qəsəbəsinin əhalisinin 99,0%-ni azərbaycanlılar, 1,0%-ni isə digər millətlərin nümayəndələri təşkil edir.

Corat qəsəbəsində 49 ədəd ticarət-kommersiya mağazaları və iaşə-xidmət köşkləri fəaliyyət göstərir. Sakinlərin əsas məşğuliyyətini balıqçılıq, maldarlıq, ticarət və fərdi təsərrüfatçılıq təşkil edir. Əhalinin 10%-dən çoxu Sumqayıt şəhərinin sənaye və digər sahələrində çalışır.

Corat qəsəbəsi ərazisində məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, tibbi hissə fəaliyyət göstərir.

Tarixi-memarlıq abidələri kimi Corat qəbiristanlığındakı «sandıq» qəbirləri, XVI əsrə aid hamam, XVII əsrə aid qəsəbənin daxilindəki hamam və hamamı su ilə təmin edən quyu, XVII əsrə aid məscid, min illik tarixi olan qədim məscid, Şah Abbas karvansarasının qalıqlarını, kənddəki pirləri göstərmək olar.
HEYDƏR ƏLİYEV

Əziz dostlar!
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olaraq sizi Sumqayıt şəhərinin internet səhifəsində salamlayır və vaxt ayırıb səhifəmizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Zənnimcə, Sumqayıtın fürsətlər şəhəri olduğunu söyləsəm səhv etmərəm və ümid edirəm ki, internet səhifəmizdəki geniş məlumatlarla tanış olsanız siz də mənimlə razılaşacaqsınız. Burada siz Sumqayıtın tarixi, elmi, mədəniyyəti və eləcə də iqtisadiyyatı , ticarəti, investisiya imkanları və şəhərimizin gələcək inkişaf perspektivləri haqqında informasiya əldə edə bilərsiniz.
Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, səhifəmiz davamlı olaraq yenilənəcək və şəhərimizlə əlaqədar bütün vacib xəbərlər sizə çatdırılacaqdır.
Ümidvaram ki, səhifəmizi ziyarət etmək sizə zövq verəcək və maraqlandığınız məlumatları əldə edəcəksiniz, çünki indi Sumqayıt sizə çox daha yaxındır.
Hörmətlə,
Vaqif Əliyev
İcra Hakimiyyəti başçısı

SUMQAYIT ŞƏHƏRİNDƏ İMTİYAZLI ŞƏXSLƏRİN MƏNZİL NÖVBƏSİ SİYAHISI