ana səhifə əlaqə
 
  az   ru   en
İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyəti Başçısının Aparatı Şəhər Haqqında

LİNKLƏR
 

Biznes və investisiya mühiti

Sumqayıt şəhəri respublikanın ikinci iri sənaye mərkəzidir. Şəhərdə əsasən kimya, metallurgiya, yüngül, yeyinti, tikinti materialları sənayesi, sənaye xarakterli xidmət sahələri fəaliyyət göstərir. Müəssisələrdə əsasən kalsium karbonat, iri diametrli şüşə lifli borular, metal künclüklər, beton məhlulu üçün əlavə qatqılar, metlax-kafel yapışdırıcıları, plastik boru və digər məhsullar istehsal olunur. Şəhərdə 6 iri kimya və neft-kimya, mineral gübrələr istehsalı müəssisəsi vardır. «Etilen Polietilen», «Sintezkauçuk», «Üzvi sintez» və «Səthi Aktiv Maddələr» zavodu «Azərikimya» Dövlət Şirkətinin tərkibinə daxildir. Bu müəssisələrin inkişaf konsepsiyası «Azərikimya» Dövlət Şirkəti tərəfindən hazırlanır və müvafiq sahələrə sərmayə qoyuluşunun cəlb olunması Dövlət Şirkəti tərəfindən müəyyən edilir.

Ünvan:  Sumqayıt şəhəri, S.Vurğun küçəsi

Əlaqə telefonu: (994 18) 64 29966   

İdarənin adı:      «Sumqayıt Superfosfat» Açıq Səhmdar Cəmiyyəti

Ünvanı:             Bakı-Rostov şossesi

Əlaqə telefonu:   (018) 64 29914 

Fəaliyyəti haqqında qısa məlumat:

Dənəvər superfosfat gübrəsi istehsalı sahəsinin bərpası üçün sərmayə qoyuluşu məqsədilə «Sumqayıt Superfosfat» Açıq Səhmdar Cəmiyyəti tərəfdaşlar dəvət edir. Hazırda müəssisədə sulfat turşusu istehsalatı fəaliyyət göstərir. Ölkə üzrə kənd təssərrüfatı sahəsinin dənəvər superfosfat gübrəsinə olan tələbatı 200 min ton/il həcmində qiymətləndirilir və «Sumqayıt Superfosfat» Açıq Səhmdar Cəmiyyətində dənəvər superfosfat gübrəsinin istehsalının bərpası üçün geniş imkanlar vardır. Müəssisənin ümumi sahəsi 60,88 ha, istehsalat sahəsi – 17,9 ha-dır.  

İdarənin adı:      «Azərboru» Açıq Səhmdar Cəmiyyəti

Ünvanı:             Sülh küçəsi

Əlaqə telefonu:   (018) 64 20006  

Fəaliyyəti haqqında qısa məlumat:

Müəssisə neft boruları istehsal edir. Əvvəllər müəssisədə marten sobalarında polad əridilməsi sahəsi fəaliyyət göstərib. Müəssisədə neft-qaz sənayesi üçün kiçik və orta diametrli tikişsiz polad borular istehsalı  imkanları vardır.  Ümumi sahəsi 158 ha, istehsal sahəsi 100,0 ha təşkil edir.   

İdarənin adı:      «Sumqayıt Kompressorları» Açıq Səhmdar Cəmiyyəti

Ünvanı:            S.Vurğun küçəsi

Əlaqə telefonu:   (018) 64 30058  

Fəaliyyəti haqqında qısa məlumat:

Maşınqayırma sənayesinə aid iri müəssisədir və 1972-ci ildə istismara verilib. Ümumi sahəsi  17,6 ha, istehsal sahəsi 6,6 ha təşkil edir. Əsas istehsal məhsulu məişət soyuducuları üçün kompressorlar və reledir.  Sənaye kompressorları istehsal edilməsi üçün imkanlar vardır.

İdarənin adı:      «Sumqayıt Xovlu Iplik» Açıq Səhmdar Cəmiyyəti

Ünvanı:            Sülh küçəsi

Əlaqə telefonu:   (018) 64 84193 

Fəaliyyəti haqqında qısa məlumat:

Yüngül sənaye müəssisəsidir və ümumi sahəsi  12,1 ha, istehsal sahəsi 2,6 ha təşkil edir.  

İdarənin adı:     «Sumqayıt Toxucu» Açıq Səhmdar Cəmiyyəti

Ünvanı:          S.Vurğun küçəsi  

Fəaliyyəti haqqında qısa məlumat:

Yüngül sənaye müəssisəsidir və 1977-ci ildə istismara verilib. Ümumi sahəsi  0,5 ha, istehsal sahəsi 0,3 ha təşkil edir. Iki istehsal sahəsi, 3 toxucu sexi, 2 rəngləmə sexi  vardır. 

İdarənin adı:     Sumqayıt Şüşə zavodu

Ünvanı:         Kimyaçılar yaşayış massivi 1

Əlaqə telefonu:  (018) 64 29911, (018) 64 53918 

Fəaliyyəti haqqında qısa məlumat:

Tikinti materialları sənayesi müəssisəsidir və 1963-cü ildə istismara verilib. Illik istehsal gücü şaquli dartma texnologiyası ilə işləyən 5,5 mln. kv.m  pəncərə şüşəsidir. Zavod yenidənqurma və rekonstruksiya ilə əlaqədar 2008-ci ilin əvvəlində fəaliyyətini tam dayandırıb.


HEYDƏR ƏLİYEV

Əziz dostlar!
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olaraq sizi Sumqayıt şəhərinin internet səhifəsində salamlayır və vaxt ayırıb səhifəmizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Zənnimcə, Sumqayıtın fürsətlər şəhəri olduğunu söyləsəm səhv etmərəm və ümid edirəm ki, internet səhifəmizdəki geniş məlumatlarla tanış olsanız siz də mənimlə razılaşacaqsınız. Burada siz Sumqayıtın tarixi, elmi, mədəniyyəti və eləcə də iqtisadiyyatı , ticarəti, investisiya imkanları və şəhərimizin gələcək inkişaf perspektivləri haqqında informasiya əldə edə bilərsiniz.
Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, səhifəmiz davamlı olaraq yenilənəcək və şəhərimizlə əlaqədar bütün vacib xəbərlər sizə çatdırılacaqdır.
Ümidvaram ki, səhifəmizi ziyarət etmək sizə zövq verəcək və maraqlandığınız məlumatları əldə edəcəksiniz, çünki indi Sumqayıt sizə çox daha yaxındır.
Hörmətlə,
Vaqif Əliyev
İcra Hakimiyyəti başçısı

SUMQAYIT ŞƏHƏRİNDƏ İMTİYAZLI ŞƏXSLƏRİN MƏNZİL NÖVBƏSİ SİYAHISI