|
Əliyev Vaqif Qadir oğlu 1953-cü il iyul ayının 17-də anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1975-82-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləmişdir. 1982-1988-ci illərdə Azərbaycan Dövlət Universiteti Komsomol Təşkilatının katibi, 1988-94-cü illərdə BDU-nun Fizika fakültəsində baş müəllim vəzifəsində çalışmışdır. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin birinci müavini vəzifəsində işləmişdir. 2003-cü ilin aprel ayından Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısıdır.Fizika-riyaziyyat elmləri namizədidir (1980). Ailəlidir, 3 övladı var.
|