ana səhifə əlaqə
 
  az   ru   en
İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyəti Başçısının Aparatı Şəhər Haqqında

LİNKLƏR
 

"Azəristiliktəchizat" ASC-nin şəhər şöbəsi

İdarənin adı:      “Sumqayıtistiliktəchizat” İdarəsi

Ünvanı:   21-ci məhəllə, Komsomol küçəsi 27

Əlaqə telefonu:   (018) 648-45-12

Rəhbərin adı:      Nuriyev Avtandil Ələsgər oğlu

Fəaliyyəti haqqında qısa məlumat :

“Sumqayıtistiliktəchizat” İdarəsi əvvəllər ayrı-ayrı Mənzil İstismar Sahələrinin nəzdində fəaliyyət göstərən istilik obyektləri, 1966-cı ildən şəhərin genişlənməsi ilə əlaqədar yaradılmış Birləşmiş qazanxanalar və İstilik Xətləri İdarəsində cəmləşmişdir.2006-cı ilə kimi İstilik Təsərrüfatı adlandırılan idarə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmış “Azəriistiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin tərkibinə verilmiş və “Sumqayıtistiliktəchizat” İdarəsi kimi fəaliyyət göstərir.Idarənin balansında 20 qazanxana, 24 istilik məntəqəsi, 2 qaldırıcı stansiya, 350 km uzunluğunda yeraltı və yerüstü magistral xətləri və məhəllə-mikrorayon daxili müxtəlif diametrli istilik xətləri vardır.Hazırda idarə tərəfindən balasında olan 9 qazanxana 2, 7-8-12, 22, 29-cu məhəllə, 3 və 5-ci mikrorayonlar, uşaq xəstəxanası, Təcili Tibbi Yardım Xəstəxanası və Hacı Zeynalabdin qəsəbəsindəki qazanxana vasitəsi ilə təhsil və səhiyyə ocaqları istiliklə təmin edilir. Son illər ərzində idarə tərəfindən 5 və 17-ci mikrorayon ərazilərində mövcud istilik məntəqələrinin yerində istilik qazanxanaları tikilmiş, 6 ədəd modul tipli daşınan qazanxana quraşdırılaraq istifadəyə verilmişdir.Hazırda idarədə 84 nəfər işçi çalışır.


HEYDƏR ƏLİYEV

Əziz dostlar!
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olaraq sizi Sumqayıt şəhərinin internet səhifəsində salamlayır və vaxt ayırıb səhifəmizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Zənnimcə, Sumqayıtın fürsətlər şəhəri olduğunu söyləsəm səhv etmərəm və ümid edirəm ki, internet səhifəmizdəki geniş məlumatlarla tanış olsanız siz də mənimlə razılaşacaqsınız. Burada siz Sumqayıtın tarixi, elmi, mədəniyyəti və eləcə də iqtisadiyyatı , ticarəti, investisiya imkanları və şəhərimizin gələcək inkişaf perspektivləri haqqında informasiya əldə edə bilərsiniz.
Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, səhifəmiz davamlı olaraq yenilənəcək və şəhərimizlə əlaqədar bütün vacib xəbərlər sizə çatdırılacaqdır.
Ümidvaram ki, səhifəmizi ziyarət etmək sizə zövq verəcək və maraqlandığınız məlumatları əldə edəcəksiniz, çünki indi Sumqayıt sizə çox daha yaxındır.
Hörmətlə,
Vaqif Əliyev
İcra Hakimiyyəti başçısı

SUMQAYIT ŞƏHƏRİNDƏ İMTİYAZLI ŞƏXSLƏRİN MƏNZİL NÖVBƏSİ SİYAHISI