ana səhifə əlaqə
 
  az   ru   en
İcra Hakimiyyətinin Başçısı İcra Hakimiyyəti Başçısının Aparatı Şəhər Haqqında

LİNKLƏR
 

Ağac-Bəzək Bitkiləri Sovxozu

    Ağac Bəzək Bitkiləri Sovxozu Mənzil-Komunal Təsarrüfatı İstehsalat istismar Birliyinin nəzdində  fəaliyyət göstərir. Sovxoz 1979-cu ildən yaradılmışdır. Həmin vaxtdan indiyə qədər sovxozun direktoru vəzifəsini Nağıyev Hüseyn Qasım oğlu icra edir.
    Sovxozun yaranmasında məqsəd şəhərimizin yaşıllıq bitkilərinə olan tələbatı (ağac-kol, çiçək bitkiləri ilə) ödəməkdən ibarətdir. Sovxoz hal-hazırda 20-25 növdən ibarət ağac-kol, gül- çiçək şitilləri yetişdirir.Ağac Bəzək Bitkiləri Sovxozu iki sahədən ibarət olub, 15 ha sahəni əhatə edir. İl ərzində 400 min manatdan artıq dekorativ ağac-kol bitkiləri, gül-çiçək şitilləri yetişdirib, şəhərin yaşıllaşdırmasına yönəldilir.


HEYDƏR ƏLİYEV

Əziz dostlar!
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olaraq sizi Sumqayıt şəhərinin internet səhifəsində salamlayır və vaxt ayırıb səhifəmizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Zənnimcə, Sumqayıtın fürsətlər şəhəri olduğunu söyləsəm səhv etmərəm və ümid edirəm ki, internet səhifəmizdəki geniş məlumatlarla tanış olsanız siz də mənimlə razılaşacaqsınız. Burada siz Sumqayıtın tarixi, elmi, mədəniyyəti və eləcə də iqtisadiyyatı , ticarəti, investisiya imkanları və şəhərimizin gələcək inkişaf perspektivləri haqqında informasiya əldə edə bilərsiniz.
Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, səhifəmiz davamlı olaraq yenilənəcək və şəhərimizlə əlaqədar bütün vacib xəbərlər sizə çatdırılacaqdır.
Ümidvaram ki, səhifəmizi ziyarət etmək sizə zövq verəcək və maraqlandığınız məlumatları əldə edəcəksiniz, çünki indi Sumqayıt sizə çox daha yaxındır.
Hörmətlə,
Vaqif Əliyev
İcra Hakimiyyəti başçısı

SUMQAYIT ŞƏHƏRİNDƏ İMTİYAZLI ŞƏXSLƏRİN MƏNZİL NÖVBƏSİ SİYAHISI